Yuxarı

Bərbərxanada partlayış baş verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərbərxanada partlayış baş verdi

Bu gecə ölkə daxilində 3 yanğın hadisəsi baş verib.

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan taxta konstruksiyadan ibarət olan gözətçi otağı yanıb.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb və arakəsmə divar 30 kv.m sahədə uçub. Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəbələ rayonu, Çuxur Qəbələ kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları ev əşyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.03.03 / 08:55
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla