Yuxarı

Litvalı vitse-prezident Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt" internet portalının redaktoru Audris Antanaytis və həmin media orqanının fotomüxbiri Arunas Sartanaviçüs Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə görüşüblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan Axar.az-a bildiriblər ki, görüşdə H.Hacıyev litvalı jurnalistləri ölkəmizin xarici siyasəti, regional mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında məlumatlandırıb. Bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 20 ildən çoxdur davam edir. İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıb və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

XİN-in rəsmisi məlumat verib ki, Ermənistanın son illər nümayiş etdirdiyi qeyri-konstruktiv əməllərin əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir. "Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa "bu münaqişənin dondurulmuş olduğunu" iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər", - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Görüşdə iştirak edən BAMF sədri Umud Mirzəyev 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandakı doğma yurdlarından çıxmağa məcbur edilməsi, deportasiyası haqqında informasiya və faktları qonaqların diqqətinə çatdırıb.

Daha sonra litvalı jurnalistlər Litvanın Azərbaycandakı səfirliyində olublar. Səfir Valdas Lastaukas onlara Azərbaycan-Litva əlaqələri ilə bağlı geniş müsahibə verib.

Litvalı jurnalistlər Azərbaycanda olduqları günlərdə hazırladıqları reportajları "Alkas.lt" internet portalında yerləşdirəcəklər. Səfər çərçivəsində onların Azərbaycanın ictimai xadimləri, rəsmi qurumların nümayəndələri ilə, həmçinin qaçqın və məcburi köçkünlərlə görüşləri, həmçinin Quba, Füzuli və Tərtər rayonlarına səfərləri də nəzərdə tutulur.

Tarix
2016.08.26 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla