Yuxarı

Məzahir Pənahov Fernandezlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avropa Xalq Partiyasının De Santa Ana Fernandezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MSK-dan Axar.az-a verilən məlumata görə, Avropalı beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. O, qurumlar arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət salıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki və referendum sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.

Nümayəndə heyətinin rəhbəri və üzvləri MSK sədrinə səmimi qəbula görə minnətdarlıqlarını bildirərək, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar son hazırlıqlarla maraqlanıblar. Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov referendumda ölkə vətəndaşlarının konstitusion hüquqlarının yüksək səviyyədə təmin olunması üçün atılmış addımları onların diqqətinə çatdırıb.

Daha sonra görüş qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

Tarix
2016.09.25 / 20:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla