Yuxarı

İrandan neftlə bağlı qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran neft hasilatını məhdudlaşdırmayacaq, əksinə, hasilat həcmini sutkada 4 mln. barrelədək artırmaq niyyətindədir.

APA-nın verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

"Biz OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmırıq. İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barrelədək artırmaq niyyətindədir", - deyə nazir qeyd edib.

O qeyd edib ki, İran OPEK-də əvvəlki payını – üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin 13 faizini qaytarmalıdır: "Bunun üçün İran sutkada 4,4 mln. barrel neft hasil etməlidir".

Bijan Namdar Zəngənə neft hasilatının kvotalaşdırılmasında əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi (hazırda bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir - red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barrel neft hasil edib.

Tarix
2016.09.27 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla