Yuxarı

Buzlar əriyir: ABŞ-ın gizli nüvə bazası üzə çıxa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşmə qarşıdakı dövrdə bir çox diplomatik böhrana səbəb olacaq.

Axar.az xəbər verir ki, alimlərə görə, ABŞ-ın soyuq müharibə dövründə "bir daha ortaya çıxmaması" niyyəti ilə buz təbəqələrinin altına basdırdığı nüvə bazası qlobal istiləşmə üzündən ortaya çıxa bilər.

Kanadanın Toronto əyalətində Lessonde Universitetində çalışan Uilyam Kolqan qurğu haqda danışarkən deyib:

"İnşa edənlər bu bazanın bir daha üzə çıxmayacağını düşünmüşdü. Ancaq 1960-cı illərdə "Qlobal istiləşmə" termini belə yox idi. Görürük ki, iqlim dəyişir. Orada basdırılan şeylərin gömülmüş olaraq qalıb-qalmayacağı sualı ilə qarşı-qarşıyayıq".

Dünya mətbuatı bazanın 1951-ci ildə Danimarka hökumətinin izni ilə, Sovetlər Birliyini birbaşa vura biləcək nüvə raketlərinin saxlanılması üçün inşa edildiyini və bu nəhəng mərkəzdə müxtəlif elmi araşdırmaların aparıldığını xatırladıb. Daha sonra hərəkət halında olan buzların risk yaratdığı məlum olub. 1967-ci ilə qədər araşdırma mərkəzi olan bazanı tərk ediblər.

Xəstəxana, kinoteatr, market, laboratoriya və bir kilsəsi olan bu amerikan bazasında 200 min litr dizel yanacağı, bir o qədər su, miqdarı bilinməyən radioaktiv maddələr olduğu təxmin edilir.

Hazırda buz təbəqəsinin qalınlaşdığını və 35 metrə yüksəldiyini deyən Kolqan bir müddət sonra prosesin əksinə dəyişəcəyini qeyd edib:

"Bir müddət sonra buzların əriməsi hər il yağan qarın miqdarını keçəcək. Hər il yeni bir buz təbəqəsi yox olacaq. Qlobal istiləşmə bu sürətlə davam edərsə, 2090-cı ildə Sentri bazasının gün üzünə çıxmasına əngəl ola bilməyəcəyik".

Tarix
2016.09.30 / 00:38
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla