Yuxarı

Azərbaycanı yanımızda görmək... - Özoral

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dərəcə çətin və gərgin proses olan bu təmizləmə əməliyyatı məsələsində xoşniyyətli olmayan və ya FETÖ təbliğatının təsiri altına düşən bəzi qüvvələrin haqsız tənqidlərinə qarşı beynəlxalq platformalarda Azərbaycanı yanımızda görmək bizim üçün çox dəyərlidir. Bilirsiniz ki, bunun son örnəyini Avropa Şurası Parlament Assambleyasında yaşadıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral AzərTac-a müsahibəsində bildirib.

"İnsanların dini inanclarından sui-istifadə edərək, ianə, təhsil və ticari fəaliyyət adı altında hər cür cinayət törədən və dövləti ələ keçirməyə çalışan FETÖ terror təşkilatının cinayətlərinin ən ağırı 241 şəhid verdiyimiz, Türkiyə Böyük Millət Məclisinin və Prezident Sarayının bombalandığı 15 iyul dövlət çevrilişi cəhdidir. Sizin də dediyiniz kimi, hazırda FETÖ başda olmaqla, terror təşkilatlarına qarşı genişmiqyaslı təmizləmə əməliyyatları davam etdirilir. Bu əməliyyatlar hüquq çərçivəsində polis qüvvələri və müstəqil məhkəmə orqanları tərəfindən qətiyyətlə həyata keçirilir. Təəssüf ki, ölkəmizdəki terror təşkilatlarının hamısı eyni məkrli niyyət güdür. Onlar Türkiyəni zəiflətməklə regiondakı bəzi planların həyata keçirmək istəyirlər. Yumruq kimi bir olan millətimizin qəhrəmanlığını və gücünü yaxşı hesablaya bilməyənlər 15 iyulda acınacaqlı məğlubiyyətə uğradılar. Lakin bu o demək deyil ki, 15 iyuldan sonra həmin planlar tam aradan qalxıb. Buna görə də biz hər zaman ehtiyatla davranmalı, güclü olmalıyıq.

Diplomatik xidmətim müddətində Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağam. Çünki Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür", - səfir qeyd edib.

Tarix
2016.10.24 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla