Yuxarı

DYP deputat oğlunun avtoşluğunu araşdırmır – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənə bir video təqdim edilib ki, orada da "BMV X 6" və "Lada-Priora" markalı maşınların yarışı öz əksini tapıb".

Bu sözləri "Axar.az"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğluna məxsus olduğu bildirilən 10 LZ 100 nömrə nişanlı "Porche" markalı avtomobilin Zığ yolunda təhlükəli sürətlə yarışa çıxmasına münasibət bildirərkən dedi. Əlavə etdi ki, ona bu video görüntülərdən başqa heç nə təqdim edilməyib:

"Mənə təqdim edilən videoda "BMV X 6" və "Lada-Priora" markalı maşınların yarışı əks olunub (. Maşınların sahibləri də Əzizov Pərviz Vaqif oğlu və Həsənov Tural Əliməmməd oğludur. Yarışa çıxan maşınların nömrələri isə 90 VZ 357 və 10 BZ 009 nömrə nişanlı maşınlardır. Onlarla bağlı da ölçü götürülüb (Xatırladaq ki, polis əməkdaşı Tural Həsənov polis sıralarından xaric edilib və 20 sutka həbs alıb, atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov isə vəzifədən azad edilib - red). Bu maşınların yarışını əks etdirən videodan başqa mənə video təqdim edilməyib".

Həmin video-görüntüləri ilk olaraq yayan və Dövlət Yol Polisi ilə məlumatı dəqiqləşdirdiyini qeyd edən "Virtualaz.org" saytının Baş redaktoru Famil Cəfərli isə məlum kadrları DYP-nın əməkdaşına təqdim etdiklərini bir daha vurğuladı: "Vaqif Əsədovun həmin videogörüntülərdən məlumatı olmaya bilər. Çünki biz şəxsən ona təqdim etməmişik".

Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin biri "Porsche-911" (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). "100" seriyalı "Porsche"nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu deyilir.

Xatırladaq ki, "Virtualaz.org" saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır.

Millət vəkili Elton Məmmədov isə faktı təkzib edərək, oğlunun belə bir maşını olmadığını və bu məlumatların onu şantaj etmək üçün yayıldığını bildirib.

Tarix
2014.04.22 / 12:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla