Yuxarı

KİVDF-nin rəhbəri jurnalistləri tənqid etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır".

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Sabunçu Rayon İcra Hakimiyyətində "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Onun sözlərinə görə, müsabiqəyə təqdim olunmuş məqalələrin əksəriyyəti çox zəif təsir bağışlayıb. Jurnalistləri ciddi tənqid edən Vüqar Səfərli onların daha çox araşdırma aparmalı olduğunu deyib: "Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır. Əsasən statistik göstəricilərə yer verilib, Rayon İcra Hakimiyyətinin hesabat və statistik göstəricilərindən istifadə edilib. Araşdırmalar çox azdır. Yazılarda çatışmazlıqlar demək olar ki, göstərilməyib. Ona görə də yazıların əksəriyyəti aşağı bal toplayıb".

KİVDF-nin bu vaxta qədər jurnalistlər arasında keçirdiyi müsabiqələr zamanı onlara 500 min manatdan artıq pul mükafatı təqdim olunduğunu deyən V.Səfərlinin sözlərinə görə, verilən mükafatın müqabilində media mənsublarından gözlədiklərini görə bilmirlər: "Burada elə mükafatlar veririk ki, bəzi jurnalistlər heç öz redaksiyalarında o qədər maaş ala bilmirlər. Amma bunun qarşılığında biz istədiyimizi ala bilmirik".

Ona görə də Fondun icraçı direktoru jurnalistləri daha fəal olmağa, müsabiqələrin elan edildiyi 1 ay ərzində tənbəllik etməyib heç olmasa, bir neçə gün mövzu üzrə geniş araşdırma aparmağa çağırıb /Trend/.

Tarix
2014.04.23 / 14:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla