Yuxarı

Azərbaycanda ali məktəb müəllimləri rüşvət üstündə tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Sərhəd Xidmətindən daxil olmuş material üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, istintaq zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanov ilə əlbir olub aldatma yolu ilə özgənin əmlakını ələ keçirib. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə nail olmasında və onun guya həmin Akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim etməsində, habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsindən stomatologiya fakültəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd verib. Ondan 10 min manat məbləğində pulu almaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurub.

Fakta əsasən M.Məmmədov və N.Süleymanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə), L.Əliyevə isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.07.23 / 16:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla