Yuxarı

Mətbuat Şurasının saytı niyə operativ deyil?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının rəsmi internet səhifəsi "donub".

Axar.az xəbər verir ki, bir başa mətbuata bağlı olan qurumun rəsmi internet saytı elektron medianın sürətlə inkişaf etdiyi dövrdə, demək olar ki, fəaliyyətsizdir.

Şuranın saytında mətbuatla bağlı ümumiyyətlə hər hansı məlumat əldə etmək mümkün deyil.

Mətbuat Günü ilə bağlı sadəcə bir yazı yerləşdirilən saytda bayram törənlərinin də yer almaması diqqət çəkir. Xüsusilə bəzi rəsmi saytların artıq öz materiallarını operativ yerləşdirməsini və medianın istinadına çevrilməsini nəzərə aldıqda, bir media qurumunun internet resursunun çevik olmaması o qədər də anlaşılan görünmür.

Saytın gec-gec yenilənmə səbəbindən danışan MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə Axar.az-a bildirdi ki, burda ancaq Şuranın keçirdiyi tədbirlər yerləşdirilir:

"Bu o demək deyil ki, saytımız yenilənmir. Biz keçirilən bütün tədbirlərin mətnini sayta yerləşdiririk. Press-relizlər və fotolar daim əlavə edilir. Mətbuat Şurasının saytı bu şəkildə fəaliyyət göstərir".

İcra katibi saytın rəsmi olaraq belə də fəaliyyətini davam etdirəcəyini və hər hansı yeniliyin nəzərdə tutulmadığını bildirdi.

Tarix
2014.07.24 / 15:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla