Yuxarı

Ermənistanın Əlibəyli hücumunun məqsədi bilindi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilərin Tovuz istiqamətində yenidən fəallaşması əvvəlki illərdə olan fəallıqlarından biridir və burada hansısa qeyri-adi bir şey yoxdur".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Tovuzun Əlibəyli kəndi istiqamətində ermənilərin son günlər yenidən fəallaşmasını şərh edərkən söyləyib.

O, ermənilərin psixoloji təzyiq edərək yerli əhali ilə hərbçilər arasında qarşıdurma yaratmağa cəhd etdiklərini bildirib:

"Yenilik kimi qeyd edə biləcəyim hal isə ondan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələrinin ən çox çalışdıqları Azərbaycan Ordusunun bölmələrini münaqişəyə cəlb etmək, onları öz ərazilərinə dartıb salmaq və dünyaya car çəkib, haray-həşir qoparmaqdır ki, qoymayın, Azərbaycan Ordusu ərazimizə basqın edib. Bütün bunları mütləq mənada nəzərə almaq lazımdır. Sözsüz, Tovuz rayonu ərazisindəki hərbi hissəmizin komandanlığı gözəl anlayır ki, ermənilərin ən çox çalışdıqları məhz bizi təxribata cəlb etməkdir. Yerdə qalan məsələlər isə adi qaydada baş verən hadisələrdir. Atəşkəsin pozulması, hərbçilərlə yanaşı mülki şəxsləri də daim atəşə məruz qalması, əsgərlərimizlə mülki şəxslər arasında narazılıq yaratmaq onların hədəfində duran əsas məsələlərdən biridir. Şəxsən mən hansısa ciddi narahatçılığa əsas görmürəm. Amma ehtiyatı da əldən vermək olmaz".

Qeyd edək ki, Ermənistan ordusu iyulun 26-da Tovuzun Əlibəyli istiqamətində atəşkəsi ciddi şəkildə pozub. Nəticədə iki mülki şəxs yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi erməni hərbi birləşmələrinin Əlibəylini atəşə tutmaqla bərabər, Ağdam-Goranboy istiqamətində də diversiya kəşfiyyat hücumu həyata keçirdiyini bildirib. Diversiya əməliyyatınınq arşısı alınıb və ermənilər itki verərək, geri çəkilib.

Ermənictan Müdafiə Nazirliyi bir əsgər itirdiklərini, iki nəfərin isə yaralandığınpı qeyd edib. Hərbi mənbələrdən əldə etdiyimiz məlumatda isə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri 2-si zabit olmaqla, 3 hərbçisini itirib.

Tarix
2014.07.30 / 12:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla