Yuxarı

Ömər Xəyyam və Güneldən - Bir abzas

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Kamal Abdulla "Bir abzas - yeddi rəng" layihəsində.


Altıncı rəng – Boz

Ömər Xəyyam:

- Ədəbiyyatın müstəqillik illərində yaşadığı susqunluğu, qaranlığı Kamal Abdulla qələmi canlandırdı. Dili ilə, forması ilə əsərləri yeni ruh gətirdi ədəbi auraya. "Yarımçıq Əlyazma"nı götürüb ədəbiyyatın ayaqlarından başına qədər qorxmadan, çəkinmədən, cəsarətlə getmək olar. Bir abzasa sığdırılacaq qədər kiçik olmasa da, yeni abzasdan yazılacaq dahidir.

Günel Eyvazlı:

Sirr, labirint, gizli, sehrbaz, unutmaq... Əgər hekayələrdə cərəyan edən hadisələri də bu silsiləyə əlavə etsək, o zaman ardıcıllığı sonsuzluğa qədər davam etdirə bilərik. Bəzən hər şey qordi düyünü qədər açılmaz, çözülməz görünür insana. Yalnız mətnə hazırlıqlı olduğun təqdirdə labirintdən çıxa bilirsən. Dolaşıqlıq içində səni aydınlığa çıxaran, sənə yol göstərən işıq beynində yaranmış qarmaqarşıqlığın qarşısına sədd çəkir. Nəhayət ki, müəllifin nə demək istədiyini anladım kimi sözlərlə özünə təskinlik verirsən. İntellekt yağışı, düşüncə yağışı səni büsbütün isladaraq ağuşuna alır. Kamal Abdulla dünyanın görünməyən tərəflərini qarşımızda açmağa çalışır. Ən xırda detallara qədər çözməyi, aydınlaşdırmağı qarşısına məqsəd qoyur. Onun bəsirət gözündən dünyaya baxmaq və kəşflərinə şahid olmaq bilim adamlarına böyük həzz və heyranlıq bəxş edir. Duyğulandırırmı? Düşündürür və bu vaxta qədər gördüklərini görmədiyin üçün səni heyfisilənməyə məcbur edir. Bu kəşfə səndən öncə Kamal Abdulla imza atıb. Və hər sətrində "gözlərini aç, həyatı olduğu və olmadığı kimi görməyə çalış" deyir. Hər kəs axtardığını tapır. Mən isə sətirlərdə özümü tapıram... "Ona əyan oldu ki, bu evsiz-eşiksiz, keçmişi və gələcəyi məhv olmuş iztirablı adamlarla onu birləşdirən bir sirr var. Amma sirrin özü nədən ibarət idi – bunu hələ bilmirdi. Dumanlı bir şəkildə ancaq bunu duya bildi ki, elə bil, o da, bu adamlar da dünyanın heç bir başqa məxluquna bəlli olmayan son dərəcə vacib bir məlumata malikdirlər..."

P.S. Kamal Abdullanın hekayələrindən ibarət "Sirri–Zəmanə" adlı yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13), "Bukinist" (İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK Center", 2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı" kitab satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından, "Papirus" Kitab Evindən, Prezidentin İşlar İdarəsinin Kitab Evindən, Akademiya Kitab Mərkəzindən, Akademkitabdan əldə etmək olar.

Əvvəlki Abzaslar:

Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng - Ağ

Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci rəng – Qırmızı

Kənan Hacı və Aqşin Evrəndən - Bir abzas. Üçüncü rəng - Yaşıl

Səlim Babullaoğlu və Zahir Əzəmətdən – Bir abzas. Dördüncü rəng - Mavi

İradə Tuncaydan Kamal Abdullaya – Bir abzas. Beşinci rəng - Sarı

Tarix
2014.09.09 / 22:54
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla