Yuxarı

Digahda elektrik xətləri yerə tökülür – Video/Foto

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu, Digah qəsəbə sakinləri işıq üzünə həsrət qalıb və təhlükəli şəraitdə yaşayırlar.

Bu barədə Axar.az-a şikayət məktubu ilə müraciət edən sözügedən ərazidə yaşayan sakinlər bildirib.

Onların sözlərinə görə, əraziyə verilən elektrik enerjisi həddindən artıq bərbad vəziyyətdədir. Sakinlər bildirir ki, bu massivdə bir elektrik yarımstansiyası fəaliyyət göstərir ki, onunla da ərazidəki evlərin elektrik əşyalarını çalışdırmaq qeyri mümkündür.

Sakinlər əlavə edir ki, naqilləri saxlayan dirəklər də bərbad hala düşüb. Elektrik dirəklərindən uzanan naqillər evlərin hasarlarına qədər sallanıb. Sakinlər acınacaqlı durumla bərabər, uşaqlarının təhlükəsizliyindən də narahatdır:

"Biz can təhlükəsizliyimizə görə narahatıq. Qarşıdan soyuq aylar yaxınlaşır, hamı evində elektrik sobasından istifadə edəcək və yarımstansiya yüklənəcək. O yarımstansiya bu qədər evi enerji ilə təmin edə bilməyəcək. Evdə adi soyuducunu işlətməyə gücü çatmır enerjinin. Qışda necə olacaq, heç bilmirik".

Sakinlər qeyd edir ki, problemləri ilə əlaqədar Abşeron rayonu Elektrik idarəsinə müraciət ediblər:

"Bizi Novxanıda yerləşən Bağlar adlanan ərazi ilə məşğul olan elektrik idarəsinə göndərdilər. Dedilər, massivdə yaşayış evi yetərli qədər olmadığı üçün əlavə yarımstansiya quraşdırıla bilməz. İndi bu qədər insan nə etməlidir? Gözləyək ki, əraziyə başqaları da köçsün, sonra problemi həll etsinlər. İndi yaşayanlar adam deyilmi?".

Axar TV-nin süjetini təqdim edirik:

Tarix
2014.09.23 / 20:24
Müəllif
İlham Sahiloğlu, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla