Yuxarı

Bu şəhərdən tariximiz silinir: kurqanlar dağıdılır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dağıstan Respublikasında ən böyük milli azlıqlarından olan azərbaycanlılarla yerli hökumət arasında qarşıdurma səngimək bilmir.

Axar.az-ın Dərbəndə ezam olunan əməkdaşının verdiyi məlumata görə, burada əsas problem azərbaycanlıların iyulun 30-da icra hakimiyyətinin binası qarşısına toplaşması ilə başlayıb.

Bütün vəzifələri qeyri-azərbaycanlılar tutub

Hələ iyul etirazları zamanı şəhər sakinləri azərbaycanlıların hüquqlarını müdafiə edən Dərbənd rayonunun Bələdiyyə Şurasının (icra hakimi) rəhbəri Qurban Qurbanovun işindən azad edilməsinə etiraz edirdi. Lakin hadisələrin məntiqi nəticəsi olaraq Q.Qurbanov hazırda işindən uzaqlaşdıraraq ev dustağı edilib.

Bununla da faktiki olaraq Dərbənd azərbaycanlılarına ciddi zərbə vurulub.

Söhbətləşdiyimiz şəhər sakinlərinin dediyinə görə, Dərbənddə problemlər süni surətdə yaradılır. Soydaşlarım bildirir ki, azərbaycanlılara qarşı sanki "soyuq müharibə" aparılır:

"Ziyalılar, ali təhsilli hüquqşünaslarımız alverlə məşğul olmağa məcburdurlar. Ancaq bizimlə birgə təhsil alan digər azsaylı xalqların nümayəndələri var ki, hazırda vəzifələrdə çalışır. Niyə? Çünki biz azərbaycanlıyam. Azərbaycanlıları heç bir vəzifəyə yaxın buraxmırlar. Azərbaycanlılar burada ancaq alver etməli, qara işlərlə məşğul olmalıdır. Şəhərin infrastrukturu bərbad haldadır. İnsanlar hələ də evlərinə su daşıyır. Yollar, məktəblər, parklar, teatr sonuncu dəfə sovet dövründə təmir olunub".

90 deputatdan yalnız 3-ü azərbaycanlıdır

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dərbənd şəhər sakini Qurban Əliyev isə təşkilatlanmanın zəif olduğunu dilə gətirdi:

"Burada 32 xalq yaşayır. Azərbaycanlılardan başqa hamı bir-biri ilə güclü münasibət qurur. Amma əgər iki azərbaycanlı varsa, orada 3 fikir var. Təşkilatlanma, lobbi fəaliyyəti yox səviyyəsindədir. Problemlər istənilən instansiyada qaldırılıb, müzakirə olunub, çıxış yolları axtarılıb. Amma ortada nəticə, işə yarayan fikir, həmrəylik yoxdur. Bizə son zamanlar açıq şəkildə təzyiqlər olunur, sıxışdırılırıq. Heç bir vəzifəyə buraxılmırıq, heç bir dairədə təmsil olunmuruq. Parlamentdə 90 deputatdan yalnız 3-ü azərbaycanlıdır. Bizdən sayca qat-qat aşağı olan azsaylı xalqların 2-25 deputatı parlamentdə təmsil olunur. Belə olan halda onların problemi də olmaz, dərdi də".

Bir teatrımız var, onu da əlimizdən alacaqlar

Noyabrın 6-da Bakıda Gənc Tamaşaçılar Teatrında çıxış etmək üçün yer tapmadıqlarını deyən Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının rəhbəri Şahlar Xalikov əyani sübut kimi bizə teatrın binasını göstərdi:

"Bu bina 1923-cü ildə tikilib istifadəyə verilib. 1949-cu ildə bağlansa da, 1994-cü ildən fəaliyyətini davam etdirir. Amma necə? Biz bu dağılmış binada məşq edirik, hazırlaşırıq. Tamaşa isə ləzgi teatrında təqdim olunur. Aktyorlar özgə məkana alışa bilmir. Niyə bizim teatrımız bu gündə olmalıdır? Mən 1994-cü ildən bu teatra rəhbərlik edirəm. Vəziyyət dəyişməyib. Dəfələrlə müraciət etmişik. Amma faydası olmayıb. Ötən il Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu teatra gəldi. Görüşdük, dərdimizi dedik. Bizim belə bir şəraitdə işləməyimizi "qəhrəmanlıq" adlandırdı. Nazir dedi ki, sizə mütləq kömək ediləcək. Bizdən binanın şəkillərini istədi. Biz də çəkib göndərdik. Bu görüşdən çox keçmədi ki, məni işdən qovdular. 5 ay işsiz qaldım. Yerli dairələr buna imkan vermədi ki, Ə.Qarayev bizə kömək etsin..."

Təhqir olunmuş Nizami, dağılmış kurqanlar

Dərbəndin 2000-ci yubileyi ərəfəsində Azərbaycan bu rayonda futbol stadionundan, üzgüçülük hovuzundan, tennis kortlarından və otellərdən ibarət olimpiya kompleksini tikib təhvil verməyi planlaşdırır. Lakin işin gedişi ilə (daha doğrusu iş dayandırılmışdı) tanış olanda məlum oldu ki, kompleks təyin olunmuş vaxtda təhvil verilməyəcək.

Mirbala Ağamirabbas oğlunun bildirdiyinə görə, kompleks ətrafında aparılan söküntüyə Nizaminin heykəli də aiddir:

"Burada idman kompleksi tikiləcək. Bu işlərin vaxtında tamamlanması bir yana qalsın, Nizaminin heykəlinin burada qalması belə sual altındadır. Çox güman ki, bu heykəli də buradan götürəcəklər. Kompleksin təməli qoyulanda məlum oldu ki, burada ən azı 2500-3000 il yaşı olan kurqan-qəbirlər var. Hazırda bu qəbirlər dağıdılır".

Sakinin sözlərinə görə, Dərbənd qalasının şimal qapılarına yaxın yerləşən bu ərazi və qala divarlarının "Qiyamət körpüsü" adlı ərazisi təhlükə altındadır:

"İnşaat işləri kortəbii aparılır. Başa düşmürlər ki, bura tarixi şəhərdir. Buranın min illərlə yaşı var. İstədikləri yeri sökə bilməzlər. Burada mütəxəssis çalışmalı, rəy verməli və ondan sonra işin icrasına başlanılmalıdır".

Məlumat üçün bildirək ki, azərbaycanlılar Dağıstanın rəsmən tanınmış 14 etnik qrupu arasında 6-cı yerdədirlər və respublika əhalisinin 4.5 faizini təşkil edirlər. Lakin 2010-cu ildə keçirilmiş ümumrusiya əhalinin siyahıya alınmasına görə, azərbaycanlılar Dərbənd rayonunda ən böyük etnik qrup olmaqla əhalinin 58 faizini təşkil edirlər. Bu rayonda ikinci böyük etnik qrup ləzgilərdir (18 faiz).

Bakı-Dərbənd-Bakı

Tarix
2014.10.22 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla