Yuxarı

“Bu, xarici kəşfiyyatın Bakıya xəbərdarlıq siqnalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Qaraçuxur məscidinin yandırılması barədə fikirlərini bölüşərkən deyib. Onun sözlərinə görə, bu tip təxribatlar Azərbaycana qarşı bundan sonra tez-tez müşahidə olunacaq:

"Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir. Görünür, hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müşahidə olunacaq. Hüquq-mühafizə orqanlarının məsələni son dərəcədə ciddiyyətlə araşdıracağına şübhə etmirəm. Ümumiyyətlə, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırlması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar".

Tarix
2014.11.28 / 00:08
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla