Yuxarı

Qarayevin səhhəti pisləşdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevin səhhətində problemlər yaranıb. Həkimlər "Atreskleroz" xəstəliyndən əziyyət çəkən sənətkarın ayaqlarında təcili əməliyyat olunmasına qərar veriblər.

Bu barədə Publika.az-a aktyorun özü məlumat verib: "İki ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm, amma aparılan müalicələrin heç bir effekti olmayıb. Bir neçə dəfə İrana müalicəyə getdim, ayaqlarımdakı damar problemi aradan qalxmadı. Bakıda Almaniyadan gələn həkimin yanında oldum, o məni çox qorxutdu. Dedi ki, təcili əməliyyat olunmalısan, əks halda, ayaqlarını itirə bilərsən. O, mənim təcili Almaniyaya gedib, orda əməliyyat olunmağımı tapşırdı. Amma onu da bildirdi ki, bu əməliyyatın qiyməti 13 min avrodur. Hələ viza pulu, yol və digər xərclərini demirəm. Aktyor adamam, mənim bu qədər pulum hardandır. Əslində mən öz həkimlərimizə inanıram. Aktyor həmkarım Rəhman Quliyevin ayaqlarını müalicə edən həkimin yanında oldum. Diaqnostikaya getməliyəm, yeni bir dərman pereparatı var, iynə şəklində damara vurulur və bütün bədənə yayılır. Həkimin dediyinə görə, ondan sonra "Rentgen" olunacağam və bütün damarlarım görünəcək. Xəstə damar tapılıb, yenisi ilə əvəzlənməlidir".

İmkansızlıq üzündən hələ ki, bu əməliyyatın ləngidiyini deyən aktyor bu barədə danışmaq istəmədiyini də bildirdi: "Xoşlamıram öz problemlərimlə insanları yorum. Bəzən mənə deyirlər ki, niyə bu barədə heç yerdə danışmırsınız, axı siz Xalq artistisiniz. Deyirəm ki, mən yolçu deyiləm axı, gedib kiməsə ağız açım".

Qeyd edək ki, Yasin Qarayev Gənc Tamaşaçılar Teatrının səhnəsində və televiziya tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb.

Tarix
2015.01.16 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla