Yuxarı

Arvadı eks-nazirin qohumunu niyə öldürüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-nazirin qohumunu qətlə yetirən arvadı həbs olunsa da, cinayətdə əli olduğu deyilən qızı məsuliyyətə cəlb olunmayıb. 


Axar.az-a özəl mənbədən verilən xəbərə görə, sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovun ölümü ilə bağlı istintaqın nəticəsi barədə aylar əvvəl qohum-əqrəbada şübhələr olub. Sentyabrın 1-də baş verən qətldən 9 aydan çox vaxt keçsə də, yaxınları bu hadisənin törədənlərin kimliyini ehtimal etsə də, sübuta edə bilməyiblər. Mənbə iddia edir ki, hazırda F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova həbs olunub, qızı Əmanə İsgəndərova isə saxlanmayıb. Onun 14-15 yaşlarında olduğu bildirilir, ailədə ikinci övladdır. 


Mərhumun iki qızı var. Hər ikisi F.İsgəndərovun doğma övladlarıdır və bir dəfə evliliyi olub. Məlumata görə, qətli törədən X.İsgəndərovanın psixoloji problemləri olub, tez-tez özündən çıxırmış, müxtəlif hallara düşürmüş. Qatilin əvvəllər də ərinə hücumlar etdiyi, evdə mübahisələr yarandığı söylənir. Amma mənbə qətlin törədilməsində başqa nüansların ola biləcəyini də istisna etmir. Hadisənin sirrinin açılmamasında, konfidensiallığın qorunmasında hansısa səbəblər olduğu ehtimal olunur. 


2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy etmişdi. İstintaqın ilk günlərdə ehtimal belə idi ki, qızının toyundan iki gün sonra qətlə yetirilməsinin məqsədi soyğunçuluqdur. Cani toyda külli miqdarda pul yığıldığı düşüncəsində olub. Odur ki, əlbəyaxa olublar və 19 bıçaq zərbəsi ilə sabiq nazirin qohumu öldürülüb. Hətta qatilin daha sonra evə girdiyi və F.İsgəndərovun xanımını boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü, bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu. İndisə məlum olur ki, mərhumun yoldaşı bu informasiyaları sızdırmaqla məsuliyyətdən yayınırmış. 


Xatırladaq ki, Nizami rayonu, Babək prospekti-17 ünvanında olub. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar. 


F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət reyestri Xidmətinin rəis müavini olub. 

Tarix
2015.05.06 / 00:39
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla