Yuxarı

ABŞ geri addım atır: Aktivlik İranın əlinə keçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar Rusiyanın Suriya siyasətində sezilən yumşaqlıq hər an dəyişə bilər".

Bu barədə Axar.az-a ekspert Azər Qasımlı açıqlama verib. O, Suriya məsələsində aktivliyin İranın əlinə keçəcəyini bildirib:

"Suriyada vəziyyət bu gün o qədər pisləşib ki, orda hər hansı bir siyasət yürütmək olduqca çətindir. Söhbət yalnız Rusiyanın xarici siyasətindən və yanaşmasından getmir, bu, ABŞ, Səudiyyə Ərəbistanı və İrana da aiddir. Bu gün Əsədin idarəçiliyində Suriya kimi bir dövlət yoxdur. Suriyanın bir hissəsi İŞİD-in əlindədir. İŞİD-in Səudiyyə Ərəbistanı ilə müəyyən əlaqələri var. Bunu açıq etiraf etməsələr də, ciddi dəstək verirlər. ABŞ və Səudiyyə bu bölgədə müttəfiq olmasına baxmayaq, bu, Amerikanın işinə gəlmir, o cümlədən, İran və Rusiyanın da. Artıq Suriyada Qərbin müəyyən mənada dəstəklədiyi və əlində silahı olan bir müxalifət də var. Suriya məsələsində aləm bir-birinə dəyib. Rusiyanın Suriya siyasətindəki dəyişikliyi barədə fikir yürütmək çətin olsa da, düzdür, bir yumşalma hiss olunur. Ancaq ruslar sabah tamamilə başqa siyasət də yürüdə bilərlər. İyun ayında İranla Qərb ölkələri arasında danışıqlar olacaq və bu ay ərzində saziş də imzalanacaq. Bir məqamı qeyd edim ki, Suriya məsələsində əksinə, Amerika geri çəkilmək və İranla anlaşmaq istəyir. Bu yöndə ehtimallar böyüyür. Ona görə də bu bölgədə və Suriya məsələsində Rusiyanın deyil, İranın təsir imkanları artacaq. Çünki söhbət Əsədin Suriyada qalmasından gedir".

Tarix
2015.05.29 / 09:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla