Yuxarı

Kraliça rus bayrağına büründü və... – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya gözəllik kraliçası Sofiya Nikitçukun bayrağa sarılaraq poza verməsi ona böyük problem yaradıb.

Axar.az xəbər verir ki, bir müddət əvvəl "Miss Rusiya" ünvanına sahib 21 yaşlı gənc qadının dikdaban ayaqqabı, başında kraliça tacı və rus bayrağına sarılmış halda çəkdirdiyi foto "Stolnik" jurnalının üz qabığı olub. Bundan sonra Nikitçuk haqqında rus simvollarını təhqir etdiyinə görə istintaq başladılıb.

Jurnalın nəşriyyat redaktoru Anna Reşyotkina "Moskva Taymz" qəzetinə verdiyi müsahibədə jurnal çap olunan kimi prokurorluğa çağırıldığını bildirib. Reşyotkina fotonun jurnalın üz qabığı olmasına görə bütün məsuliyyəti özü daşıdığını da qeyd edib. "Stolnik" jurnalından verilən açıqlamada isə 1.78 sm boyu olan modelin soyunub Rusiya bayrağına sarılmadığı, bayraq rənglərində paltar geydiyi bildirilib.

Qeyd edək ki, Sofiya Nikitçuk o pozanı jurnalın SSRİ-nin faşizm üzərində qələbəsinin 70-ci ilinə həsr olunmuş sayı üçün verib.

Tarix
2015.05.30 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla