Yuxarı

"24 kadr" film festivalında "25-ci kadr" gizlinləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "24 kadr" adlı film festivalı keçirilib, 2013-cü il dekabrın 20-sində isə "Metropark" Ticarət və Əyləncə Mərkəzində yerləşən "Park Cinema"da Gənclər Fondunun maliyyə dəstəyi ilə festivalın mükafatlandırma mərasimi baş tutub.

Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olsa da, bütün təşkilati işləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) sədrinin müşaviri Cəmil Hüseynov yerinə yetirib.

"Axar.az"ın film festivalının təqdimat mərasimindən hazırladığı reportajdan sonra saytın mail ünvanına çoxsaylı oxucu-iştirakçı şikayətləri daxil olub. Bunların hər biri ilə maraqlandıq. Öncəki yazımızda qaliblərin "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ən yaxşı operator" işinə görə vəd olunan 100 AZN məbləğində pulun onlara verilməməsi ilə bağlı etdiyi şikayətlərə aydınlıq gətirməyə çalışmışdıq. Bununla əlaqədar Cəmil Hüseynov bildirmişdi ki, büdcə çatışmazlığından həmin o pul mükafat ləğv olunub. Biz də layihəyə nə qədər qrant ayrılması və o məbləğin hansı işlərə xərclənməsi ilə bağlı kiçik araşdırma apardıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə əlaqə saxladıq və onlar da "24 kadr" film festivalı layihəsinə 6800 AZN pul ayrıldığını dedilər. Daha sonra Cəmil Hüseynovun fikirlərini öyrəndik. O, bildirdi ki, bu işlərlə layihənin rəhbəri məşğul olub:

"O məlumatlar layihənin rəhbərindədir. Mən, sadəcə, təşkilati işləri həyata keçirmişəm. Məlumatlar Aygün xanımdadır, amma məncə, o məlumatlar xidməti informasiyalardır və mətbuata açıqlana bilməz. Layihənin rəhbəri olmadığıma görə, bununla bağlı məlumatım yoxdur. Mən ancaq tədbirin keçiriləcəyi yerin tutulması, filmlərin toplanması kimi təşkilati işlərlə məşğul olmuşam. Onlara pulu mən verməmişəm, ümumiyyətlə, maliyyə məsələləri ilə bağlı bütün işlərlə layihənin rəhbəri məşğul olub".

Aygün Əliyeva ilə əlaqə saxlamağa çalışsaq da, uzun müddət telefonlara cavab vermədi, daha sonra telefonu uzun sürəlik qapadıldı. Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefonu götürən şəxs növbətçi olduğunu, Aygün xanım da daxil olmaqla bütün rəhbərliyin tədbirdə iştirak etdiyini bildirdi.

Araşdırmamızı davam etdirəcəyik.

Tarix
2013.12.31 / 08:05
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İcmadan Blinkenin müavininə cavab: Sülhə mane olur!

BOK Fransaya görə Bakıdan üzr istədi

Paşinyan sərhədimizə gəldi

Oleq Bakinski niyə Bakıda həbs edildi? - Video

Müharibə başladı: Böyük toqquşma sərhədlərimizdə...

Separatçıların “müdafiə naziri”nə yüksək vəzifə verildi

Vardanyan: Prezidenti dəyişdi, "Zəngəzur mövqeyi" dəyişmədi...

İran çətin seçim qarşısında: Müharibəyə girəcək?

Deputatlığa namizəd olmaq istəyənlərin nəzərinə!

Bayramov Türkiyə XİN nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla