Yuxarı

Müharibə başladı: Böyük toqquşma sərhədlərimizdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın siyasi qanadının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın verdiyi “qisas” vədlərinin icrası dünən gecə saatlarında başlayıb. İrana bağlı "Hizbullah" qruplaşması İsrail ordusunun mövqelərinə rakt zərbələri endirdi, qarşı tərəf adekvat cavab verdi. Beləliklə, Yaxın Şərqdə böyük toqquşmanın ayaq səsləri eşidilir.

Baş verənlər Azərbaycan üçün xüsusilə önəmlidir, çünki "Hizbullah"ın İsraillə müharibəsi qonşumuz İranın da prosesə müdaxiləsini şərtləndirir, bu da İran-İsrail müharibəsi deməkdir. İsrailin genişmiqyaslı müharibəyə başlaması müttəfiqi ABŞ-ın da bu bölgədəki toqquşmaya cəlb edilməsi ilə nəticələnəcək. Nəticə etibarilə, III Dünya müharibəsi adlandıra biləcəyimiz böyük toqquşma qapımızı döyür. Qonşuluğumuzda baş verən bütün bu geosiyasi mübarizə bizim də gündəmimizə, həyatımıza və gələcəyimizə təsirsiz ötüşməyəcək.

"Hizbullah"ın İsrailə raket zərbələri endirməsi əslində müharibənin başlaması deməkdir və proseslər göstərir ki, bu dəfə geriyə dönüş imkanları olduqca azdır, artıq böyük toqquşmanın ilk mərhələsinin başlandığı görünür.

Beynəlxalq ekspertlər və media İsrail-İran toqquşmasını üç ssenaridə qiymətləndirir.

Birinci ssenari: İran İsrailə proksi qüvvələr vasitəsilə zərbələr endirəcək. "Hizbullah"ın hücuma keçməsi bu ssenarinin tətbiq edildiyi deməkdir.

İkinci ssenari: İran İsrailə birbaşa hücum edəcək: bu, aprel ayında baş verən ssenarinin – yüzlərlə PUA-nın göndərilməsi – təkrarı ola bilər.

Üçüncü ssenari: İran və İsrail arasında birbaşa və genişmiqyaslı müharibə başlaya bilər.

Hazırda ilk iki ssenarinin baş verməsi gözlənilsə də, hər şey üçüncü ssenarinin reallaşmasına doğru gedir. Son nəticədə İran və İsrail arasında böyük toqquşma qaçılmaz olacaq. Bu isə artıq yeni dünya müharibəsinin başlanması deməkdir. Yeni dünya müharibəsinin səsi Azərbaycanın sərhədlərində - qonşuluğumuzda eşidilir.

Tarix
2024.08.02 / 11:13
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Zakir Həsənov Əli Yerlikayaya başsağlığı verdi

İtaliya səfəri: Əliyevin “master-klass” strategiyası...

Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir

Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki

Türklər və ermənilər görüşür: Bakını unutmayın! – Çekirge

Azərbaycan AB üçün əhəmiyyətli ölkədir - Orban

MKİ rəsmisi Bakıda Hikmət Hacıyevlə görüşdü

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla