Yuxarı

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) texniki missiyası bu ilin noyabr ayının 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesinin gedişatını qiymətləndirmək məqsədilə sentyabrın 6-dan 9-dək ölkəmizdə səfərdədir.

Bu haqda Axar.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat ofisindən məlumat verilib.

Səfərin ilk günü missiyanın rəhbəri UNFCCC Konfrans İşləri şöbəsinin direktoru Wasim Mir COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova ilə görüşüb.

Görüşdə tərəflər mötəbər tədbirə hazırlıq çərçivəsində bir sıra intensiv əməliyyat proseslərinin statusu, tədbir məkanının müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və digər təşkilati məsələləri müzakirə ediblər.

Eyni zamanda, BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon COP29 ƏŞ-nin müvafiq nüməyəndələri ilə görüşərək konfransın təhlükəsizlik məsələlərinin təmin edilməsi istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıb. Daha sonra missiya üzvləri geniş tərkibdə tədbirin keçiriləcəyi məkan Bakı Stadionuna baş çəkiblər. Burada onlar tamamlanmış və inşası davam edən tikinti və əməliyyat prosesləri ilə əyani tanış olublar.

Səfərinin ik günündə nümayəndə heyəti həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq iqlim konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün təşkil olunmuş brifinqə də qatılıblar.

Qeyd edək ki, üç günlük səfər çərçivəsində hazırlıq prosesinin bütün istiqamətlərinin əhatə olunması üçün müvafiq missiya nümayəndələrinin tədbir məkanında COP29 Azərbaycan ƏŞ-nin aidiyyati struktur rəhbərləri və müxtəlif dövlət qurumları ilə görüşləri davam etdiriləcək. Bununla yanaşı, konfransa qatılacaq çoxsaylı nümayəndələr üçün şəhərdə yaradılan qonaqlama, qidalanma və nəqliyyat imkanlarının dəyərləndirilməsi məqsədilə müxtəlif məkanlarının ziyarət edilməsi də planlaşdırılıb. Belə ki, texniki missiya nümayəndələrinin paytaxtdaki otel və rezidensiyalara baş çəkərək yaradılan şərait və imkanların müvafiq tələblərə cavab verməsinin müəyyənləşdirilməsi, qidalanma sahəsində mövcud imkanlar və keytrinq xidmətləri ilə də tanış olmaları planlaşdırılıb.

Tarix
2024.09.07 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla