Yuxarı

Papikyanın Koreya səfəri: Bakı onu qabaqlamalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ölkənin müdafiə naziri başqa ölkəyə səfər edirsə, bunun ən azı iki səbəbi var. Həmin nazir səfər etdiyi ölkə ilə hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir və ya səfər etdiyi ölkənin hərbi texnikasına maraq göstərir. Ermənistanın müdafiə naziri Suren Papikyanın uzaq Cənubi Koreyaya səfərinin hərbi əməkdaşlıqla əlaqəsi azdır, demək, İrəvan bu ölkənin hərbi texnikasına maraq göstərir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suren Papikyanın Cənubi Koreyaya səfərini şərh edərkən deyib.

“Ermənistan Fransa, Hindistan və İrandan sonra Cənubi Koreyadan da hərbi texnika almaq istəyir. Cənubi Koreyanın illik müdafiə ixracatı 15 milyard dollara yaxındır. Bu ölkə dünyanın səkkizinci ən böyük silah ixracatçısıdır. Cənubi Koreya tanklar, artilleriya sistemləri və bir sıra döyüş təyyarələri istehsal edir. Cənubi Koreyanın müdafiə sənayesində 80 şirkət fəaliyyət göstərir və bu şirkətlərdə təxminən 45 min nəfər çalışır. Mütəxəssislər Cənubi Koreyanın istehsal etdiyi bir sıra hərbi texnikanın Qərb analoqlarını üstələdiyi fikrindədir. Misal üçün Cənubi Koreya 2023-ci ildə Polşaya 13 milyard dollarlıq hərbi texnika tədarük edib”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan Cənubi Koreyadan Azərbaycana təhlükə yarada biləcək hərbi texnika almamış Bakı Seulla dialoqa keçməlidir:

“Əslində Azərbaycan da Cənubi Koreyanın hərbi texnikasına maraq göstərib. Ötən il Koreyada keçirilən hərbi sərgidə Azərbaycanın müdafiə sənayesi naziri koreyalı həmkarı ilə görüşərək geniş fikir mübadiləsi aparmışdı. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilmişdi. Ermənistan Azərbaycandan əvvəl Cənubi Koreyadan hərbi texnika alarsa, rəsmi Bakı gələcək bəyanatlarında bu ölkəni də tənqid etmək məcburiyyətində qalacaq. Bunun baş verməməsi üçün Cənubi Koreya ilə hərbi əməkdaşlıq məsələsində Ermənistanı qabaqlamaq lazımdır”.

Qeyd edək ki, Ermənistan MN rəhbəri Suren Papikyan Koreya Respublikasına işgüzar səfərə gedib.

Tarix
2024.09.09 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rubeni "azad etmək" istəyən Polmanın Bakıdakı "biznesi..."

Rusiya Nikolu bu cür təhqir etdi: ermənilər isterikada - Foto

Vəliyev NATO generalı ilə görüşdü: İrəvana silah satışı...

İlham Əliyevdən Hadrutla bağlı paylaşım - Video

İsrail İrana zərbə ilə rejimi bitirə bilər - SEPAH polkovniki

Üçtərəfli görüşdən Paşinyan imtina edib - Səbəb

Hadrutun işğaldan azad olunmasından 4 il ötür

Naxçıvan MSK-nın sədri vəfat etdi

Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…

Əliyev-Putin-Paşinyan görüşü niyə baş tutmadı?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla