Yuxarı

Türklər və ermənilər görüşür: Bakını unutmayın! – Çekirge

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii ki, Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Fateh Çekirgenin “Hürriyyət” qəzetində dərc olunan məqaləsində deyilir.

Məqalənin müəllifi Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyanın iki ölkənin dövlət sərhədində bu yaxınlarda keçirdikləri görüşdən yazır və bu kontekstdə vurğulayır ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması iki ölkənin mövqeyinə zidd olmamalı, həmçinin regiona və xalqların rifahına töhfə verməlidir.

Yazıda Türkiyə və Ermənistan sakinlərinin iştirakı ilə bu gün, sentyabrın 8-də Akdamar adasındakı kilsədə baş tutacaq sayca 12-ci ibadət mərasiminə diqqət çəkilir. Müəllif 1950-ci il hadisələrini xatırladır. Həmin vaxt türk jurnalisti Yaşar Kamal Van gölündəki kilsənin sökülməsi qərarının nəzərdən keçirilməsinə nail ola bilmişdi.

“Ümidvaram ki, düşmənçilikdən əl çəkmək və uzunmüddətli sülhə yaxınlaşmaq naminə Akdamar kilsəsində yenidən dualar oxunacaq və son dövrdə baş verən proseslər bölgədə münasibətlərin normallaşmasına töhfə verəcək”, - deyə Çekirge qeyd edir.

Tarix
2024.09.08 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla