Yuxarı

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Rusiya rəsmilərinin Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara qarşı zorakılığından sonra Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlamalarının məntiqi mübahisəlidir.

Mariya Zaxarova deyib ki, Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var. Dmitri Peskov isə bir qədər də irəli gedərək, “Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük” açıqlamasını verib.

Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi, “üçüncü qüvvələr” varsa, bu, iki halda mümkün ola bilər:

- ya Rusiya daxilindəki qüvvələr təxribatlar törədir: ki, adətən Kremlin siyasi qərarı olmadan belə hallar baş vermir;

- ya da Rusiya “xarici qüvvələr”in FSB-yə sızaraq, azərbaycanlılara hücum etdiyini açıqlamalıdır.

Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır, bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil.

Rusiyanın “kənar qüvvələr” iddiasının məqsədi aydındır: diqqəti törətdikləri zorakılıqdan yayındırmaq və məsuliyyətdən qaçmağa çalışırlar;

Tarix
2025.07.02 / 16:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla