Yuxarı

Laçında İƏT-in Qadınlar Forumu başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:31

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu başa çatıb.

Axar.az xəbər verir ki, forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) baş katibinin müavini Silapberdi Nurberdiyevin açılış nitqləri ilə başlayıb.

Daha sonra "İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu", "Şəhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzularına həsr edilmiş panel sessiyalar keçirilib.

Yekun nitqlə çıxış edən Komitə sədri Bahar Muradova vurğulayıb ki, forum əyan etdi ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır:

"Biz müxtəlif ölkələrdən fikir liderlərinin düşüncələrini dinlədik. Bir araya gələrək qadınların "yaşıl gələcək"də rolundan bəhs etdik. Bir daha əmin olduq ki, qadınların bilik və bacarıqları dayanıqlı inkişaf məqsədlərinin tam mərkəzində dayanmalıdır. Azərbaycan olaraq prinsiplərə sadiqik. Qadınların iştirakçılığı üçün əlimizdən gələni edəcəyik. Tədbirin keçirilməsinə görə dəstək olanlara, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nümayəndələrinə təşəkkür edirəm".

İƏT baş katibi Əsəd Məcid Xan isə təşkilatın tarixindən və fəaliyyətindən danışıb. O, forum iştirakçılarına minnətdarlığını bildirib və forumun məqsədlərinə nail olacağına ümid etdiyini vurğulayıb.

Tarix
2025.07.02 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla