Yuxarı

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının Yekaterinburqda törədikləri hadisə zamanı xəsarət alan Kamal Səfərov xəstəxanadan oğurlanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə iyunun 27-də Yekaterinburqda törədilən hadisə zamanı qətlə yetirilən və yaralanan şəxslərin yaxınları məlumat verib.

Onların sözlərinə görə, baş vermiş hadisə zamanı müxtəlif dərəcəli xəsarət alan Kamal Səfərov Yekaterinburqda yerləşən xəstəxanaların birində əməliyyat olunduqdan sonra müalicəsinə davam edirdi. Lakin bu gün günorta saatlarında xəstəxanaya gələn naməlum şəxs və ya şəxslər K.Səfərovu özləri ilə aparıblar. Yaxınları bildirib ki, onu hara apardıqları barədə heç bir məlumat verməyiblər.

Qeyd edək ki, daha öncə Yekaterinburqun Leninski Rayon Məhkəməsi Kamal Səfərov barəsində həbs qətiimkan qərarı çıxarıb.

Tarix
2025.07.02 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

Yekaterinburqda daha bir azərbaycanlı həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla