Yuxarı

ABŞ-ın bu qərarı daha çox insanın ölümünə səbəb olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın bu qərarı daha çox insanın ölümünə səbəb olacaq

Pentaqonun Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı yalnız Ukraynada daha çox insanın həlak olmasına səbəb olmayacaq, həm də Donald Trampın bir həftə əvvəl verdiyi vədlərə ziddir.

Axar.az xəbər verir ki, bu barədə “Hill” nəşri ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvlərinə istinadən yazıb.

Nəşr xatırladıb ki, yardımın dayandırılması barədə qərarı Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbi qəbul edib.

“Cənab Kolbi Ukraynaya hərbi yardımın əleyhinə çıxış etmişdi və hətta Rusiyanın hərəkətlərini Ukraynanın “işğal”ı kimi tanımaqdan imtina etmişdi. İndi ukraynalı hərbçilərin və mülki şəxslərin qaçılmaz şəkildə həlak olması ilə nəticələnəcək addımlar atır”, – deyə Nümayəndələr Palatasının üzvü, demokrat Marsi Kaptur bildirib.

O vurğulayıb ki, Ukraynadakı “Patriot” sistemləri hər gün insan həyatını xilas edir.

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus isə Ukraynaya silah tədarükünün tamamilə dayandırılmadığını bəyan edib.

Tarix
2025.07.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla