Yuxarı

“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən rayonunun sakinləri ilə növbəti görüşü keçirilib.

Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov və komitə üzvləri iştirak ediblər.

Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.

Görüşdə 2025-ci ilin birinci yarısında “AzerGold” QSC tərəfindən icra edilən, cari ilin ikinci yarısında planlaşdırılan sosial və ekoloji layihələr haqqında məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə Səhmdar Cəmiyyəti tərəfindən ətraf mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə hazırlığı, uşaqların fərdi inkişafı, mədəniyyət, mədəni irsin qorunması sahəsində sosial layihələr icra edilib. Bu layihələrin həyata keçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusi vurğulanıb. Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman, qadınların məşğulluğu, sosial infrastruktur və digər sahələrdə yeni təşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, yeni təkliflər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Tarix
2025.07.02 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla