Yuxarı

Xətaidə Polis Günü belə qeyd edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda "2 İyul - Azərbaycan Polisi Günü" qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Hümbət Əliyev, Xətai rayon Məhkəməsinin sədri Rəşid Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov və digər vəzifəli şəxslər iştirak ediblər.

Axar.az xəbər verir ki, ilk olaraq Ulu Öndərin adını daşıyan parkda abidəsi ziyarət olunub.

Tədbirdə çıxış edənlər dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıblar.

Qeyd olunub ki, Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.

Vurğulanıb ki, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Tarix
2025.07.02 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla