Yuxarı

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

Portuqaliyanın Porto şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 32-ci İllik Sessiyası çərçivəsində Baş Komitələr üzrə iclaslar başa çatıb.

Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyevin sədri olduğu İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin “Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunması: ATƏT məkanında yeni reallıqlara cavab” adlı qətnaməsi müvafiq düzəlişlə qəbul olunub.

Üç gün davam edən komitə iclaslarında həmçinin müxtəlif məsələlər üzrə 6 əlavə qətnamə layihəsi müzakirə edilərək qəbul edilib.

İyulun 2-də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azay Quliyev yekdilliklə yenidən Komitənin sədri vəzifəsinə seçilib.

Komitənin sədr müavini vəzifəsinə Ukrayna nümayəndəsi Artur Gerasimov, məruzəçi vəzifəsinə isə Portuqaliya nümayəndəsi Paula Cordoza seçiliblər.

Qeyd edək ki, Azay Quliyev bundan əvvəl də ATƏT PA-da müxtəlif vəzifələrə seçilib.

Belə ki, deputatımız 2013–2016-cı illərdə Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik üzrə Baş Komitəsinin sədr müavini, 2016–2022-ci illərdə ATƏT PA-nın vitse-prezidenti, 2021–2022-ci illərdə ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi, 2017-ci ildən etibarən İpək Yolu Qrupunun sədri,

2022-ci ildən İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitənin sədri vəzifələrinə seçilib. Bundan başqa Azay Quliyev Monteneqro, Şimali Makedoniya, Qırğızıstan, Albaniya və Özbəkistanda keçirilmiş seçkilərdə ATƏT-in xüsusi koordinatoru və müşahidə missiyalarının rəhbəri olub.

Tarix
2025.07.02 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla