Yuxarı

Paşinyan Putin qarşısında geri çəkildi, Çörçillə bənzədildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Avropa Şurasının Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyən sənədə qoşulduğu deyilsə də, hakimiyyət bu iddianı təkzib etdi.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən Rusiya oxuna qayıtmağa çalışdığını bir daha göstərir:

“Maraqlıdır, baş nazir “Ukraynaya qarşı təcavüz cinayəti”nə görə xüsusi tribunalın yaradılmasını tələb edən bəyannamə imzalayanda, Putin və digər Kreml rəsmilərinin həbsinə order verilməsini dəstəkləyəndə nə düşünürdü?

Sovet dönəmində Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və SSRİ rəhbəri İosif Stalinin görüşü ilə bağlı bir hekayə yayılmışdı. Məlumata görə, bir iclasın keçirildiyi zalda əyləşən Çörçill insanların Stalini görəndə ayağa qalxıb alqışalamasının səbəbini soruşub və belə bir şey etməyəcəyini deyib. Lakin Stalin zala daxil olduğu an bütün auditoriya ayağa qalxıb və onu alqışla qarşılayıb. SSRİ rəhbərinin gözləri izdihamın arasından Çörçilli axtarıb və onun da ayağa qalxdığını görüb. Daha sonra baş nazirdən niyə belə etdiyini soruşanda, “Ayaqlarım məni qalxmağa məcbur elədi, günah məndə deyil”, – cavabını verib.

İndi Rusiya mətbuatı aktiv şəkildə İrəvanın mövqeyinin dəyişməsindən yazır. Paşinyandan soruşsalar ki, o zaman niyə Putinin həbsini dəstəkləyən sənədə imza atmısan, o da əllərinin özündən asılı olmadan bunu etdiyini deyəcək”.

Tarix
2024.09.09 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Stiv Deynsi qəbul etdi

Ermənistanın yaydığı bu məlumat yalandır - MN

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla