Yuxarı

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

Axar.az xəbər verir ki, senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.

O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu dedi. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirdi.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğuladı. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxundu.

Dövlətimizin başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək, ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğuladı. Prezident İlham Əliyev dedi ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlətimizin başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu dedi.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Sonda senator Stiv Deyns Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Tarix
2025.05.29 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

Putinin tələbini Tramp “anlayır” - Türkiyə təşəbbüsü ələ aldı

Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

Azərbaycan Rumıniyanın yaxın və etibarlı tərəfdaşıdır - Dan

İlham Əliyev BƏƏ prezidentinə zəng etdi

Səfirimiz Verşininlə ikitərəfli əməkdaşlığı müzakirə etdi

Musayevi bıçaqlayan baş məşqçi həbs edildi

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular... - Zərərçəkmiş

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla