Yuxarı

İTV-nin baş direktoru olmaq istəyənlər - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-nin baş direktoru olmaq istəyənlər - Siyahı

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.

Audiovizual Şuradan Axar.az-a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

Əhmədov Ayxan Əbdül Kərim oğlu

Əzimov Tural Qürbət oğlu

Məmmədzadə Tural Sahib oğlu

Qulamov Arzu Aydın oğlu

Baxşıyeva İlhamə Rafiq qızı

Məmmədov Fikrət Alı oğlu

Qasımov Balakişi Ələkbər oğlu

Şahsuvarov Taleh Novruz oğlu

Nağıyev Anar Əlişah oğlu

Əliyeva İlahə Xudu qızı

Cəfərov Əli Sucəddin oğlu.

Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Tarix
2026.05.08 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla