Ölüm zonası: Hərbçiləri robotlar əvəz edir
08:00
| Ana səhifə Siyasət |
|
Kanadanın Bakıdakı qeyri-rezident səfiri Kevin Hemilton Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə paylaşım edib.
“Bu gün Azərbaycan Respublikasının Müstəqillik Günüdür. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulması və Rus İmperiyasından müstəqilliyin əldə edilməsi qeyd olunur. Azərbaycan xalqına bu mühüm tarixi gün münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq”, – o yazıb.
Qeyd edək ki, Kevin Hemilton Kanadanın Türkiyədəki rezident, Azərbaycanda və Gürcüstanda isə qeyri-rezident səfiridir.
|
Tarix
2025.05.28 / 21:37
|
Müəllif
Axar.az
|