Yuxarı

Salyanda xeyir-şər evində dava: həbs olunanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda xeyir-şər evində dava: həbs olunanlar var

Salyan rayonunda xeyir-şər evinin qarşısında bir qrup arasında yaranan mübahisə dava ilə nəticələnib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri, Ə.Quliyev küçəsində baş verib.

Bir neçə nəfər ucadan nalayiq söyüşlər söyüb, dava salıb. Onlar həmin yerə gələn polis əməkdaşlarının qanuni tələblərinə də tabe olmayıblar.

Polis tərəfindən rayon sakinləri – 1993-cü il təvəllüdlü Əfqan, 1994-cü il təvəllüdlü Ülvi və 2002-ci il təvəllüdlü Vüsal (adlar şərti verilib – red.) saxlanılıblar.

İş üzrə izahat verən Əfqan bildirib ki, Salyan şəhərində Mərkəzi Avtovağzalın yaxınlığında mobil telefon və aksessuar satışı ilə məşğul olur:

“Dostumun dəvəti əsasında Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir-şər evində keçirilən toy axşamı məclisində iştirak etdim. Məclisdə spirtli içki içdiyim üçün sərxoş oldum. Tanışlarımla öz aramızda zarafatlaşdıq, ucadan nalayiq ifadələr işlətdik. Sərxoş olduğum üçün etdiyim hərəkətləri xatırlamıram. Əməlimdən peşmanam, iki azyaşlı uşağım var. Ailənin yeganə qazanc gətirəniyəm”.

Digər təqsirli bilinən Ülvinin ifadəsinə görə, orta ixtisas musiqi təhsili var, Salyan şəhərində fərdi qaydada tar dərsləri verir:

“Toy axşamında iştirak etmişəm, yaxın tanışım olduğu üçün özümlə tarımı götürərək həmin məclisdə tar ifa etmişəm. Çöldə dayanan zaman içkili olduğum üçün ucadan danışmışam. Bir nəfər mülki geyimdə yaxınlaşaraq sakit olmağımızı istəsə də, buna məhəl qoymamışıq. Daha sonra polis əməkdaşı olduğunu bildirdiyi üçün onun göstərişinə əməl etmişəm".

Təqsirli bilinən şəxs qeyd edib ki, polis əməkdaşının yaxasından tutduğunu sərxoş olduğu üçün xatırlamır. O, əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib.

Digər təqsirləndirilən Vüsal da özünü təqsirli bilib.

Əfqanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Digər iki nəfərin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə ittiham verilib.

Onların barəsində olan protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. İşi araşdıran hakim qərar elan edib.

Qərara görə, Əfqanın barəsində olan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə icraata xitam verilib.

Hər üç təqsirli bilinən şəxs xırda xuliqanlıqda təqsirli biliniblər.

Əfqan və Ülvi hər biri 7 gün, Vüsal isə 5 gün müddətinə inzibati qaydada həbs olunublar.

Tarix
2025.05.29 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...

Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan

Əli Kərimliyə də, İsa Qəmbərə də…

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Minsk prosesinin bağlanması başa çatdırıldı

Əli Kərimliyə neçə il cəza verilə bilər?

Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla