Yuxarı

Haniyəyə sui-qəsd: İranın təhlükəsizlik büdcəsi hara xərclənib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Tehran hakimiyyətinin kəşfiyyat və təhlükəsizlik sahəsindəki zəifliyi müzakirə edilir.

Axar.az xəbər verir ki, bu, ölkə rəsmilərinin də bəzilərinin etirazlarına səbəb olub.

Onlar ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumların büdcələrinin bir neçə dəfə artırılmasına baxmayaraq, bu sahədə ciddi boşluqların olduğunu bildiriblər.

Xarici qonaq və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdeh olan SEPAH-ın “Vəliyi əmr” Müdafiə Korpusunun hazırkı illik büdcəsi 433 milyard tümənə (11 milyon dollar) bərabərdir.

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) ötən büdcə ilində ayrılan vəsait isə 16 trilyon tüməndən çox (400 milyon dollar) olub.

İyulun 21-də təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib büdcənin 10 qat artırıldığını, kəşfiyyat və təhlükəsizlik sahəsində ciddi irəliləyiş olduğunu iddia etmişdi.

O, təhlükəsizlik və kəşfiyyat infrastrukturunun genişləndirildiyini, MOSSAD-ın İranda nüvə obyektlərinə, o cümlədən nüvə alimlərinə qarşı təxribatlarının qarşısının tamamilə alındığını, İsrailə bağlı şəbəkələrin çökdürüldüyünü demişdi.

İsmayıl Haniyənin Tehranın çox ciddi qorunan Sədabad bölgəsində öldürülməsi isə İsmayıl Xətibin başçılıq etdiyi nazirliyin uğurlarla bağlı iddialarının şişirdilmiş olduğunu göstərir.

Bu səbəbdən də qeyd olunan sahələrə ayrılan və artırılan vəsaitin çoxunun təhlükəsizliyin qorunmasına deyil, xarici, xüsusən qonşu ölkələrdə kəşfiyyat və təxribat planlarına xərcləndiyi barədə ehtimallar artır.

Tarix
2024.08.02 / 13:45
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Zakir Həsənov Əli Yerlikayaya başsağlığı verdi

İtaliya səfəri: Əliyevin “master-klass” strategiyası...

Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir

Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki

Türklər və ermənilər görüşür: Bakını unutmayın! – Çekirge

Azərbaycan AB üçün əhəmiyyətli ölkədir - Orban

MKİ rəsmisi Bakıda Hikmət Hacıyevlə görüşdü

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla