Yuxarı

Ermənilər bu dəfə də “Yarım gilə”ni oğurladı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər bu dəfə əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi “Yarım gilə” mahnısını oğurlayıblar. Mahnının erməni dilində ifasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Kult.az xəbər verir ki, bəstəkar məsələ ilə bağlı Pressklub.az-a açıqlama verib.

C.Quliyev bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilyant Dadaşova ilə yazıb efirə veriblər:

“Brilyant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli Ezgi Mərd adında müğənni də bu mahnını oxuyub albomuna saldı”.

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni “Yarım gilə”ni oğurlayaraq oxuyub:

“Mən onları axtarıb tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.

Müsahib deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: “Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. Yutubda mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü Feysbukda görmüşəm. Yutubdadırsa, onu tapıb Yutub vasitəsilə hüquqi işləri görmək olar. Amma Feysbukda kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli isə açıqlamasında bildirib ki, agentlik məsələni araşdırıb lazımi məlumatı verəcək.

Tarix
2024.07.27 / 14:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla