Yuxarı

BOK Fransaya görə Bakıdan üzr istədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətə məxsus milli televiziyası olan "France2" telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib.

Axar.az xəbər verir ki, bunu Report-a cavab olaraq Gənclər və İdman Nazirliyindən bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.

Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.

"Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan France 2 telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", - nazirlikdən bildirilib.

Tarix
2024.08.02 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zakir Həsənov Əli Yerlikayaya başsağlığı verdi

İtaliya səfəri: Əliyevin “master-klass” strategiyası...

Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyir

Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki

Türklər və ermənilər görüşür: Bakını unutmayın! – Çekirge

Azərbaycan AB üçün əhəmiyyətli ölkədir - Orban

MKİ rəsmisi Bakıda Hikmət Hacıyevlə görüşdü

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla