Yuxarı

Bu saat uşaqları itməyə qoymayacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin telekommunikasiya şirkəti uşaqlar üçün "ağıllı" saat təqdim edib.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, uşaqlar üçün funksional saatı "Tencent" şirkəti hazırlayıb. Saat tozkeçirməz və sukeçirməz mühafizəyə malikdir və onu su altında yumaq mümkündür.

Qurğudan əsasən uşaqların itməsi zamanı onların olduğu yeri müəyyənləşdirmək üçün istifadəsi planlaşdırılır. Valideynlərə təcili məlumatın göndərilməsi üçün SOS düyməsi nəzərdə tutulub. Uşağın olduğu yeri maksimum dəqiqliklə müəyyənləşdirmək üçün yeni təqdim edilən qurğu GPS, Wi-Fi və mobil rabitə şəbəkələrinin məlumatlarından yararlanır.

Saat həmçinin 0,3 meqapikselli kamera ilə təchiz edilib. Onun köməyi ilə itmiş uşaqlar valideynlərinə olduğu yerin ətraf fotoşəkillərini göndərə biləcəklər.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, hazırda qiyməti məlum olmayan qurğunun tam doldurulan akkumulyatorundan beş gün istifadə etmək mümkündür. Satışa bu ilin oktyabrında başlanılması nəzərdə tutulur.

Tarix
2015.08.29 / 18:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla