Yuxarı

Türkiyə NATO kartını açır: Sunnilər ayağa qalxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanı qarşıda arzuolunmaz günlər gözləyir.

Bu barədə Axar.az-a Yaxın Şərqlə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Bərzaniyə verilən kürd dövləti vədi reallaşmaq üzrədir:

"Moskva və Vaşinqtonda müəyyən dairələr tərəfindən müstəqil kürd dövlətinin yaradılması istiqamətində bəzi dairələrin Bərzaniyə verdiyi söz reallaşmaq üzrədir. Ancaq hələ ki bu, muxtariyyət qurumları şəklində planlaşdırılır. Böyük dövlətlər tərəfindən gələcəkdə bu qurumların vahid kürd dövləti adı altında birləşdirilməsi kürdlərə vəd edilib. Ancaq Moskvanın bu məsələ ilə bağlı Vaşinqtonu qabaqlayan bəyanatları artıq ruslarla kürdlər arasındakı əlaqədən xəbər verir. Bu səbəbdən də Ərdoğan hazırda çox ciddi narahatlıq içindədir. Buna görə də Putinlə yenidən görüşəcək. Görüş Antalyada G 20 dövlətlərinin toplantısında baş tuta bilər. Görüşdə iqtisadi məsələlərlə yanaşı bir çox siyasi məsələlər müzakirə ediləcək. Gündəmdə əsasən Suriya məsələsi olacaq. Türkiyə inamlı sürətdə Suriyaya məsələsində Rusiyanın böyük zərərə məruz qalacağını bildirir. Bu o anlama gəlir ki, Türkiyə ABŞ-la daha da yaxınlaşaraq vəziyyəti xilas etmək üçün NATO kartından istifadə etməyə çalışacaq".

Politoloq Qərb ölkələrinin hazırda bir qədər hiyləgər hərəkət etdiyini bildirib:

"Faktiki olaraq səhvə yol verən Rusiya İranla birləşərək bölgədəki şiə azlığını müdafiə edir. Bu isə Türkiyə, Səudiyyə və digər ərəb dövlətlərindəki sünni çoxluğunu ayağa qaldıra bilər. Proses artıq başlayıb və tədricən yüksələn xətlə inkişaf edir. Nəticədə isə İŞİD daxil olmaqla sünni məzhəbinə itaət edən ərəb dünyası Rusiyaya qarşı koalisiya təşkil edə biləcək. Bu zaman proseslərə NATO da daxil olacaq. Hesab edirəm ki, proseslər başlayandan sonra Rusiya üçün arzuolunmaz günlər başlayacaq. Belə olan halda isə Türkiyə də bu istiqamətdəki səylərini maksimum artıracaq".

Tarix
2015.10.06 / 09:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla