Yuxarı

Sabir Rüstəmxanlı ANS prezidentinə məktub yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi, millət vəkili, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məktub yazıb.

Axar.az xəbər verir ki, məktubda oktyabrın 5-i, saat 19:00-da ANS televiziyasının efirində yayımlanan "Beş barmaq" verilişindən bəhs olunub. ADQ başqanı qeyd edib ki, veriliş Azərbaycan və ana dilimiz üçün çox önəmli olan bir mövzuya həsr olunub:

"Hamımızı narahat edən bu sorunun əlbəttə ki, bir veriliş və müzakirə çərçivəsində əhatə edilməsi mümkün deyil. Ancaq istər aparıcı, istərsə də dəvət edilən ekspertlərin aydın mövqeyi və elmi yanaşmaları məni çox sevindirdi, ana dilimizin üzləşdiyi problemlərin həllini düşünən bu cür gəncləri efirdə görməkdən məmnunluq duydum".

S.Rüstəmxanlı vurğulayıb ki, bəlkə də çoxları dilin bir millətin varlığının, müstəqilliyinin, azadlığının əsasında dayandığının fərqində deyil:

"Ancaq Siz bilirsiniz ki, Azərbaycan varlığını, müstəqilliyini hər zaman öz ana dili ilə qoruyub və 50 milyonluq bir millətin dili həm də onun mənəvi sərhədi, tarixi, milli kimliyidir. Ana dilinin saflığının, təmizliyinin qorunması hər bir ziyalının həyat missiyası olmalıdır".

Məktubda ANS-in ilk müstəqil kanal kimi daim örnək rolunu oynadığı və efirdə bir çox ənənənin əsasını qoyduğu bildirilib:

"Təsadüfü deyil ki, rəhbərlik etdiyiniz qurum ölkəmizdə sevilən və baxılan kanallar sırasında ilk yerdə dayanır və Sizin bu mövzunu daim gündəmdə saxlamağınız hazırda əcnəbi dillərin böyük basqısı altında olan ana dilimizin qorunmasına və təbii inkişafına dəstəkdir".

Aktual mövzunu efirə daşıdığına və cəmiyyətə lazımlı bir mesaj ötürüldüyünə görə V.Mustafayevə təşəkkür edən ADQ başqanı S.Rüstəmxanlı sonda cəmiyyətin belə müzakirələrə çox böyük ehtiyacı olduğunu diqqətə çatdırıb:

"Bunu nəzərə alaraq, Azərbaycan dilinin tədrisi və təbliği sahəsində ayrıca bir veriliş açmağınız, bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün ANS-in imkanlarından istifadə edərək, vaxtaşırı müzakirələr təşkil etməyiniz çox yaxşı olar. Başçılıq etdiyim Azərbaycan Dil Qurumu Sizə bu işdə hər zaman dəstək verməyə hazırdır".

Tarix
2015.10.06 / 15:52
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla