Yuxarı

Putinin Tovuzda qaldığı ev - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin 63 yaşını qeyd edib. Sadə bir ailədə dünyaya göz açan V. Putin hazırda dünyanın ən güclü liderlərindəndir.

Rusiya kimi böyük dövlətə rəhbərlik edən Putin bütün çıxışlarında qeyd edir ki, o öz keçmişinə sadiqdir və həyatının geridə qalan məqamlarını heç vaxt yaddaşından silməyəcək.

Putin fəaliyyəti dövründə müxtəlif ölkələrdə rəsmi və qeyri-rəsmi səfərlərdə olub və bir çoxları ilə dostluq münasibətləri qurub. Putin indiyədək bir neçə dəfə Azərbaycana da baş çəkib. Onun ölkəmizə səfərləri əsasən rəsmi formatda baş tutub.

Amma illər öncə heç kimin tanımadığı Putin Azərbaycanın Tovuz rayonuna gəlib. O zaman Tovuzdan olan gənc İlham Rəhimovla tələbə yoldaşı olan Putinin bu səfəri Tovuz sakinlərinin xatirələrində yaşayır.

Çilovdarlı kəndinin sakinləri Putinlə bağlı xatirələrini əməkdaşımızla bölüşüblər.

"Putin bir neçə dəfə bizim kənddə olub. O tələbə vaxtı yayda İlham Rəhimovun dəvəti ilə Tovuza gəlib. Putin Tovuzun gəzməli yerlərində olub. O kənd sakinləri ilə görüşündə Tovuzu bəyəndiyini, havasının çox gözəl olduğunu deyib. İndiki kimi yadımdadır Putinin gəlişi şərəfinə qonaqlıq təşkil edilmişdi. Həmin mərasimdə Putin Tovuz konyakından içərək ölkəmizlə bağlı xoş sözlər deyirdi".

Kənd sakinlərinin sözlərinə görə, həmin mərasimdə maraqlı anlar yaşanıb. "Putinlə yeyib-içdikdən sonra bir-birimizlə zarafatlaşırdıq. Ona da dedik ki, ruslar tez evlənir, bəs sən niyə evlənmirsən? Putin də gülərək dedi ki, Tovuzdan qəşəng qız tapsanız, onunla evlənərəm. Sonra bildirdi ki, Azərbaycan qadınları çox gözəl və ailəcanlı olurlar".

Sakinlərin sözlərinə görə, Putin İlham Rəhimovun ata evində qalıb. Hazırda o evdə Rəhimovun qohumları yaşayır.

Qeyd edək ki, İlham Rəhimovla Vladimir Putin 1970-ci illərdə Leninqrad Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıblar. Onlar tələbə yoldaşı və dost olublar. Hazırda hər ikisi dünyada tanınan şəxslərdəndir. Biri Rusiya prezidenti, digəri isə milyardlarla sərvəti olan iş adamıdır.

Azvision.az Rusiya prezidentinin Tovuzda qaldığı məhəllədən fotoları təqdim edir.

Fotolar kənd sakinləri tərəfindən göndərilib.

Tarix
2015.10.09 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla