Yuxarı

Polad Çakırın oğlunu serialdan qovdu - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reytinq rekordçusu "Qurdlar Vadisi Pusu" serialında əsas obraz Polad Alemdar rolunu canlandıran Necati Şaşmazla qardaşı Raci Şaşmaz arasında yaranmış gərginlik böyüyərək davam edir.

ANS-in verdiyi məlumata görə, Necati Şaşmazın son addımı isə təəccüb və serial fanatları tərəfindən etirazla qarşılanıb.

Raci Şaşmazın "Qurdlar Vadisi" serialının ilk bölümlərində Süleyman Çakır obrazını canlandıran Oqtay Kaynarcanı özünün çəkdiyi "Eşkiya dünyaya hökmdar olmaz" serialında Çakırbəyli roluna çəkməsi Necati Şaşmazı hiddətləndirib.

Yerli mətbuatın xəbərinə görə, Necati Şaşmaz bunun acısını "Vadi"də Süleyman Çakırın oğlu Pusat obrazını canlandıran aktyor Görkem Seindikdən çıxıb. Oqtay Kaynarca ilə Görkem Sevindikin gərçək həyatda heç bir qohumluq əlaqələri olmasa da və ikili mübahisənin tərəfləri olmasa da Necati Şaşmaz yeni mövsümdə gənc aktyora "Vadi"də rol verməyib.

Şaşmazın bu hərəkəti sosial şəbəkələrdə serial pərəstişkarları tərəfindən etirazla qarşılanıb. "Pan film" aktyorluq akademiyasının tələbəsi olan Görkəm Sevindik seriala çəkildiyi ilk günlərdən göstərdiyi aktyorluq bacarığı ilə tamaşaçıların rəğbətini qazanıb.

Raci və Necati Şaşmaz qardaşlar 2013-cü ildə aralarında yaranmış mübahisə zəminində qalmaqallı şəkildə birbirlərindən ayrılmışdılar.

Qardaşlar arasında bundan sonra da müxtəlif səbəblərdən qalmaqallar yaranıb. Amma onlar hətta atalırının və nənələrinin yas mərasimində biraraya gəlsələr də birbirlərinin üzünə baxmayıblar.

Tarix
2015.10.11 / 16:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla