Yuxarı

“Terrorizmi iqlim dəyişikliyi yaradır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorizm və miqrant böhranı iqlim dəyişikliyi ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bunu "Skaynyus" televiziyasına müsahibəsində Böyük Britaniya şahzadəsi Çarlz söyləyib. Onun sözlərinə görə, Suriyadakı böhranın əsas səbəblərindən biri də ekoloji problemlərdir:

"Problemin öhdəsindən gələ bilməyəndə klassik varianta əl atılır. 20 il öncə insanların iqlim dəyişikliyi problemini həll etməyəcəkləri halda gələcəkdə tükənə bilən resurslar uğrunda ciddi savaşlara başlayacağı deyilirdi. Pentaqonun buna diqqət ayırmasından bir neçə il keçib. İqlim dəyişikliyi baş verənlərə böyük təsir edir. Suriyadakı konfliktin əsas səbəblərindən biri də 5-6 il davam edən quraqlıq olub. Bu, insanların öz torpaqlarını tərk etməsinə gətirib çıxarıb".

Qeyd edək ki, BMT-nin İqlim konfransı noyabrın 30-da Parisdə baş tutacaq və dekabrın 11-nə qədər davam edəcək. Konfransda dünya liderlərinin iştirakı gözlənilir. Bu konfransda dünya ölkələrinin Kioto protokollarını əvəz edəcək yeni iqlim müqaviləsi imzalayacağı güman olunur.

Şahzadə Çarlz bu intervyunu telekanala Paris teraktından üç həftə əvvəl verib. Maraqlı məqam isə bu intervyunun telekanalın saytında bu gün yayımlanmasıdır.

Tarix
2015.11.24 / 10:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla