Yuxarı

Başbuğ: “Rusiyaya G20-də xəbərdarlıq edildi ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətlər öz sərhədləri daxilində qarşıdurma qaydalarını elan etmək və həyata keçirmək ixtiyarına sahibdirlər.

Axar.az xəbər verir ki, bunu tələbələr qarşısında çıxış edərkən Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Rusiya-Türkiyə savaşı başlamayacaq:

"Suriya hadisələri başlayan gündən etibarən Türkiyə öz qaydalarını bütün dünyaya elan etdi. Türkiyə xüsusilə hava pozuntularına müdaxilə edəcəyini açıqladı. Suriya Rusiyaya çox lazımdır. Çünki bu, Moskva üçün Aralıq dənizinə qapıdır. Bu ölkənin Latakiyada aviabazası, Tartus bölgəsində isə dəniz bazası var. Rusiya heç vaxt Aralıq dənizinə çıxışdan imtina etməyəcək. Türkiyə G20 sammitində də dəfələrlə xəbərdar etdi ki, hava məkanına müdaxilə cavabsız qalmayacaq. Türkiyə ordusunun Baş Qərargahı heç vaxt yalan söyləməyib və söyləməyəcək. Baş Qərargah deyir ki, biz 5 dəqiqə içərisində sərhədə yaxınlaşan iki təyyarəyə 10 dəfə xəbərdarlıq etdik. Beş dəqiqə təyyarələr üçün çox ciddi bir zamandır. Rusiya və Türkiyə arasında savaş olmayacaq, amma bu hadisə müəyyən şeylərə ciddi təsir göstərəcək".

Tarix
2015.11.26 / 15:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla