Yuxarı

Qars müqaviləsinin pozulması: Naxçıvana təhlükə varmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dumasında "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Onun sözlərinə görə, müqavilə pozularsa, yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq:

"Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacağı təqdirdə Türkiyə Cənubi Qafqazda istədiyi kimi hərəkət edəcək. Ancaq Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozularsa, Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli zəmanət müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa, Ermənistan buna qarışmağa risk etməyəcək".

Politoloq bildirib ki, Rusiyanın işğalçı Ermənistana birbaşa dəstəyi də Qars müqaviləsinə ziddir:

"Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı, Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə, Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısı ilə heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi".

Qeyd edək ki, Qars Müqaviləsi 1921-ci il oktyabrın 13-də ZSFSR-in iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanıb. Müqavilə 20 maddə və 3 əlavədən ibarətdir. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlıdır. Belə ki, Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri kimi müəyyən edilib.

Tarix
2016.02.09 / 11:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla