Şumer sivilizasiyası dünya
ictimaiyyətinə hələ də qaranlıq qalan və ən çox maraq doğuran
mövzulardan biridir. Dünya alimləri illərdir şumerlərin dünyanın
yaranması və inkişafı ilə bağlı fikirləri haqda müzakirələr
aparır.
Axar.az Avrasiya Universitetinin rektoru, professor Nazim
Hüseynlinin "E06000.002 - Şumerlər kainatın formalaşması haqqında"
əsərindən növbəti yazını təqdim edir.
(Əvvəli burada)
Kainat və zaman haqda təbiətşünasların
düşüncələri
Zaman zülmkardır. O öz şıltaqlığı ilə fərqlənir və hər bir
yüzillikdə edənlərə və danışanlara yeni gözlə baxır (İohan
H.Göte).
Zaman bizim üstümüzdən ötür, lakin onun kölgəsi bizim arxamızda
qalır (N.Qotorn).
Biz şumerlərin Kainatın formalaşması haqqında düşüncələrinə
münasibətimizi bildirdik və onların əllərində laboratoriyalar,
tədqiqat institutları olmadığı, həmçinin, elmi biliyin
formalaşmadığı halda Kainatın yaranışı, zaman və məkan münasibəti
haqqında dürüst fikirlər söylədiklərinin şahidi olduq. Ancaq elmin
inkişafı boyunca Kainatın və insanların yaranışı və bu fonda
zamanın statusu həmişə filosof və təbiətşünasları düşünməyə məcbur
etmişdir. Başqa sözlə, Kainat və Zaman məsələsinin həlli
həmişəyaşar problemə çevrilmişdir. Onlar bu cür suallara cavab
axtarışında olmuşlar. Zaman Kainatın yeganə, həqiqi, dürüst ölçü
vahididirmi? Zaman yalnız və yalnız bir istiqamətdəmi axır, cərəyan
edir və ya onu geri döndərmək mümkündürmü? Bu gün keçmişin davamı,
gələcəyin başlanğıcıdırmı? Zamanın başlanğıcı vardırmı? Əgər
zamanın başlanğıcı vardırsa, onda onun sonu da vardır. Əgər Kainat
əbədi mövcuddursa, deməli, onun nə başlanğıcı, nə də sonu vardır.
Onda zamanın da nə başlanğıcı, nə də sonu vardır. (Ситчин Захария
Армагедон откладывается. От начало времени до судного дня. М:
Эксмо, 2006).
Elmi biliyin inkişafının müxtəlif dövrlərində zaman anlayışına
müxtəlif yanaşmalar olmuşdur. Fəlsəfi ensiklopediyalarda zaman
anlayışı belə şərh edilmişdir: bütün mexaniki, üzvü və psixi
proseslərin axını forması, hərəkət, dəyişmə və inkişafın imkan
şərti kimi ( Новая Философская Энциклопедия. Т.1. М.: "Мысль",
2001) dünyada bütün maddi sistem və proseslərin vəziyyətlərinin
ardıcıl əvəzlənməsi və varlığın sürəkliliyini ifadə edən
materiyanın varlığının ən ümumi forması – atributu kimi
(Философский Энциклопедический словарь. М.: "Советская
энциклопедия", 1983) zaman hadisələrin bir-birini əvəzləməsinin baş
tutduğu sonsuz mühitdir. Bəzən dünyaya və insanlara təsir edən güc
kimi də baxılır.
Avqustinə görə zamanın 3 ölçüsü vardır: indiki, keçmiş və
gələcək. İndikinin keçmişə münasibəti yaddaş, indikinin indikiyə
münasibəti qavrayış, indikinin gələcəyə münasibəti gözləmədir.
Lanoya görə, məkan bizim nəhəngliyimizin, zaman isə gücsüzlüyümüzün
işarəsidir (Философский словарь. М. : Международные отношения.
2000). Platon zaman anlayışına bütün mövcudatın varlığı və təşəkkül
tapana ayrılmasının kontekstində yanaşmışdır. Burada birinci əbədi
mövcud olandır, ikinci isə zaman boyunca yaranıb məhv olanlardır.
Onun fikrincə, zaman əbədi mövcud olanın hərəkətsiz obrazdır.
(Новая Философская Энциклопедия. Т.1. М.: "Мысль", 2001).
Məsələnin bu cür qoyuluşu yenidən başqa sualları gündəmə
gətirir. Kainatın mahiyyəti nədən ibarətdir? Onun haqqında nəyi
bilirik və bunu biz necə öyrənirik? Əgər hesab etsək ki, Kainatın
başlanğıcı vardır, onda bu başlanğıca qədər nələr olmuşdur, hansı
hadisələr baş vermişdir? Kainat zamanının mahiyyəti necədir və
hansı əlamətlərlə müəyyənləşdirilmişdir? Bu zaman nə vaxtsa sona
çata bilərmi? (Краткая история времени: От большого взрыва до
черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).
Fizika, astronomiya və bütövlükdə təbiətşünaslıq sahəsində əldə
olunmuş nailiyyətləri danmaq qeyri-mümkündür. Bununla yanaşı,
göstərilən suallara mümkün cavabların verilməsində hələ də
boşluqlar həddən çoxdur. Elə bir dövr gələcək ki, bu cavabların heç
biri Yerin Günəş ətrafında fırlanması kimi şübhə doğurmayacaq. Bu
məsələnin həllinin özünün də zamana ehtiyacı vardır.
Elmin inkişafında göstərilən sualların cavablandırılmasına
müxtəlif dövrlərdəki yanaşmaların mahiyyətini açmaq üçün
təbiətşünaslığın inkişafına qısa ekskurs edək. Hələ b.e.ə. 340-cı
ildə yunan filosofu Aristotel özünün "Göy haqqında" kitabında Yerin
yastı, boşqaba bənzər yox, kürə kimi dairəvi olduğunu göstərmişdir
(Краткая история времени: От большого взрыва до черных дыр/Пер.с.
англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).
Aristotelin belə fikrə gəlməsinin kökündə Yer, Ay və Günəş
arasında olan zaman Ay tutulması hadisəsi dayanmışdır. Yəni onun
gəldiyi qənaətə görə, Yer Aya həmişə dairəvi kölgə salır. Bu ona
görə olur ki, Yer kürə formasındadır. Əgər Yer yastı diskə
malikdirsə, onda Aydakı kölgə uzadılmış ellips formasında olardı.
Ancaq şumerlər Aristoteldən çox-çox əvvəl və ondan fərqli olaraq
Yerin kürəyə bənzər yox, yastı diskə oxşar olduğunu göstərmişlər
(Редер Д.Г. Мифы и легенды древнего двуречья. М.: Мысль, 1965).
Aristotelin yuxarıda söylənilən fikirlərinin bazasında
yunanların özlərinin gəmi səyahətləri zamanı topladıqları təcrübə
durur. Bu təcrübəyə görə onlar bilirdilər ki, Qütb ulduzları Şimal
hissəyə nəzərən Cənubda daha aşağıda müşahidə olunur. Aristotel
Qütb ulduzlarının Yer kürəsinin Şimal və Cənub hissəsində
müşahidələr nəticəsində alınmış fərqləri, həmçinin Misir və
Yunanıstan ərazisində Qütb ulduzlarının duruşu əsasında ekvatorun
uzunluğunu hesablamışdır.
Bununla yanaşı yunanlar Yerin kürəyə bənzər olması ilə bağlı
üçüncü dəlili ortaya qoydular: Əgər Yer dairəvi deyildirsə, onda nə
üçün üfiqdə peyda olan gəminin yelkəni gəminin özündən tez görünür?
(Хокинг С.Краткая история времени: От большого взрыва до черных
дыр/Пер.с. англ. Н. Самородинской. - СПб.: Амфора, 2008).
Aristotel hesab edirdi ki, Yer hərəkətsiz dayanır, Günəş, Ay,
planetlər və ulduzlar dairəvi şəkildə onun ətrafında fırlanır. Onun
bu fikrinə görə Yer Kainatın mərkəzidir. II əsrdə Ptolemey
Aristotelin kosmoloji modelini tamamilə inkişaf etdirmişdir. Onun
fikrincə, Yer mərkəzdə dayanır, Ay, Günəş, Merkuri, Venera, Mars,
Yupiter və Saturn onun ətrafında fırlanır. Ptolemeyə görə
planetlərin özləri onlara aid sahələr üzrə kiçik dairələr üzrə
hərəkət edir. Bunu onunla izah edir ki, planetlərin özləri mürəkkəb
yol keçirlər. Axırıncı sahədə ulduzlar bir-birinə eyni vəziyyətdə
olur və göydə vahid tam kimi hərəkət edir. O, bu sahəni
bəşəriyyətin müşahidə etdiyi Kainatın bir hissəsi adlandırmışdır
(Хокинг С. Краткая история времени: От большого взрыва до черных
дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).
1514-cü ildə N.Kopernik Günəşin hərəkətsiz olaraq mərkəzdə
dayanması, Yer və digər planetlərin onun ətrafında dairəvi orbit
üzrə fırlanmasına əsaslanan modeli qurdu. Təxminən yüz ildən sonra
İ.Kepler və Q.Qaliley onun irəli sürdüyü ideyanı müdafiə etdilər.
1609-cu ildə Q.Qaliley Aristotel- Ptolemey modelinin yararsız
olduğunu sübut etdi və özünün ixtira etdiyi teleskop vasitəsi ilə
Göyün gecə vaxtında müşahidələr apardı. O öz teleskopunu Yupiterə
doğru istiqamətləndirərək onun ətrafında bir neçə peykin dövr
etdiyini aşkarladı. Bu o deməkdir ki, Aristotel və Ptolemeyin
fikirləşdiyi kimi yox, yəni bütün göy cisimləri Yerin ətrafında
birbaşa yox, dolayısı, vasitəli dövr edə bilər. Eyni zamanda,
İ.Kepler Kopernikin nəzəriyyəsini modifikasiya edərək planetlərin
dairə üzrə yox, ellips üzrə hərəkət etdiyini göstərdi. Onun irəli
sürdüyü ideya müşahidənin nəticələri ilə üst-üstə düşdü. Lakin
İ.Kepler planetlərin Günəş ətrafında maqnit gücünün təsiri altında
dövr etməsi faktını nəzərə almamışdır.
1687-ci ildə İ.Nyuton "Natural fəlsəfənin riyazi başlanğıcı"
əsərində nəinki maddi cisimlərin zaman və məkan çərçivəsində
hərəkəti nəzəriyyəsini yaratdı, həm də göy cisimlərinin hərəkətləri
üçün zəruri mürəkkəb metodları işləyib hazırladı. Bununla yanaşı,
o, ümumdünya cazibə qanununun postulatlarını işləyib hazırladı. Bu
nəzəriyyəyə görə Kainatda hər cür cism onların böyük kütlələri və
onlar arasındakı kiçik məsafəyə görə biri digərinə böyük güclə cəzb
olunur. İ.Nyuton bununla da göstərdi ki, Ay qravitasiya gücü
sahəsində Yerin ətrafında ellips orbiti üzrə hərəkət edir, Yer və
digər planetlər Günəş ətrafında elliptik orbit üzrə fırlanır.
İ.Nyuton 1691-ci ildə Riçard Bentliyə ünvanladığı məktubunda öz
nəzəriyyəsinin sonlu məkan sahəsində və ulduzların sayının sonlu
olduğu halda doğru olduğunu qeyd etmişdir. Deməli, məkanın və
ulduzların sayının sonsuzluğu halında İ.Nyuton nəzəriyyəsi öz
əhəmiyyətini itirmiş olur (Хокинг С.Краткая история времени: От
большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.:
Амфора, 2008).
Kainatın sonsuzluğunda istənilən nöqtəni istənilən şəraitdə
mərkəz hesab etmək olar. Bu baxımdan həmin mərkəzdən hər tərəfə
ulduzların sayını da sonsuz hesab etmək olar. Elmin inkişafının bu
səviyyəsində Kainatın sonsuz statistik modelini qurmaq
qeyri-mümkündür, çünki qravitasiya gücü həmişə qarşılıqlı cazibə
gücü kimi qalmaqdadır (Хокинг С.Краткая история времени: От
большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.:
Амфора, 2008). Bununla yanaşı, həm də ulduzlar və ulduzlararası
münasibətlər də dinamik və daimi dəyişkəndir. XX əsrin əvvəllərində
belə bir fikir formalaşmağa başladı ki, Kainat ola bilsin ki,
genişlənsin, ola bilsin sıxılaraq daralsın. Təbii ki, bu fikirlər
fonunda hamının gəldiyi qənaət bundan ibarət olmuşdur ki, Kainat ya
həmişə dəyişməz vəziyyətdə mövcud olmuş, ya da zamanın hər hansı
anında yaranmışdır. Bu onunla izah olunurdu ki, insanlar əbədi
həqiqətə, Kainatın da əbədi və dəyişməz qalmasına inanırdılar.
1823-cü ildə alman filosofu Henrix Olbers Kainatın sonsuz
statistik modelinin əksinə çıxdı. Onun fikrincə, uzaq ulduzlardan
gələn işıq onun yolunda qarşısına çıxan cisimlərin sayəsində ya
zəifləməlidir, ya da sönməlidir. Buradan belə bir nəticə çıxır ki,
ulduzlar həmişə parıldamır. Belə bir sual ortaya çıxır ki, ulduzlar
nə üçün yandırılmışdır? Kainatın zamanın hansı anında meydana
gəlməsi, onun hansı məkanda məhdudlaşması məsələsinə İ.Kantın
1781-ci ildə nəşr etdirdiyi "Xalis zəkanın tənqidi" əsərində
baxılmışdır. O, bu məsələni xalis zəkanın antinomiyaları
(ziddiyyətləri) adlandırmışdır. İ.Kantın Kainatın zəruri başlanğıcı
haqqında tezisi və onun əbədi mövcudluğu haqqında antitezisini eyni
dərəcədə nə sübut, nə də təkzib etmək olar. Kant tezisini
əsaslandırmaq üçün belə dəlilərə istinad etmişdir ki, əgər Kainatın
başlanğıcı yoxdursa, onda hər cür hadisə sonsuz zaman dövrlərini
qabaqlamış olardı. O, bunu absurd adlandırmışdır. Kant öz
antitezisini isə belə əsaslandırırdı ki, əgər Kainat başlanğıca
malikdirsə, deməli onu sonsuz zaman dövrləri qabaqlamışdır, onda nə
üçün Kainat zamanın başqa anında yox, məhz bu anında meydana
gəlmişdir? Onun gəldiyi qısa nəticələr bundan ibarət olmuşdur ki,
Kainatın əbədi mövcud olub və ya olmamasından asılı olmayaraq,
zaman keçmişdə sonsuz olmuşdur. (Хокинг С.Краткая история времени:
От большого взрыва до черных дыр/Пер.с. англ. Н.Самородинской. -
СПб.: Амфора, 2008).
Kainatın mahiyyəti, onun başlanğıcı və sonu haqqında bilik elmi
nəzəriyyələr sayəsində verilir. Başqa sözlə, Kainatın modeli
nəzəriyyələrdə öz əksini tapır. Deməli, nəzəriyyə - nəzəri
modeldir. Bu cür modellər bizim beynimizdə formalaşır.
Nəzəriyyələri o zaman düzgün hesab etmək olar ki, onlar aşağıdakı
prinsiplərə tabe olsunlar:
1. Müşahidə olunan geniş hadisələr sinfi müəyyənləşdirilməli və
ayrılmalı, sonra isə model çərçivəsində dəqiq təsvir
olunmalıdır.
2. Qurulmuş model gələcəkdə aparılacaq müşahidələrin
nəticələrinə nəzərən müəyyən qabaqsöyləmə funksiyalarını həyata
keçirməlidir. Karl Popperə görə prinsipcə eksperimental təkzib
olunmayan qabaqsöyləmələr verən nəzəriyyələr daha dəqiq, daha
dürüstdür. Başqa sözlə, eksperimentlərlə təkzib olunmayan
qabaqsöyləmə verən nəzəriyyələr yaşamaq hüququnu qazanmış olur.
Əgər bir yeni müşahidə nəzəriyyə ilə uyğun gəlmirsə, onda o sıradan
çıxır. Təbii ki, eyni obyekt haqqında mövcud nəzəriyyələrdən
axırıncısı əvvəlkinin genişlənmiş variantı olur (Хокинг С.Краткая
история времени: От большого взрыва до черных дыр/Пер.с. англ.
Н.Самородинской. - СПб.: Амфора, 2008).
Bu gün alimlər qarşısında duran əsas məsələlərdən biri Kainatın
bütövlükdə modelini verən vahid nəzəriyyənin yaradılmasıdır.
Alimlər qarşıda duran bu məsələni həll edərkən onu şərti olaraq iki
hissəyə ayırırlar: Bunlardan birincisi, Kainatın zaman oxu boyunca
hərəkətini tənzimləyən qanunların və qanunauyğunluqların aşkar
edilməsi, ikincisi isə Kainatın başlanğıc vəziyyətinin
müəyyənləşdirilməsi problemidir. Hal-hazırda Kainatı iki xüsusi
nəzəriyyə təsvir edə bilir. Bunlardan biri ümumi nisbilik
nəzəriyyəsi, ikincisi isə kvant mexanikasıdır. Ümumi nisbilik
nəzəriyyəsi Kainatın iri miqyaslı strukturunu və qravitasiya
qarşılıqlı təsirini, kvant mexanikası isə həddən ziyadə kiçik
miqyaslı hadisələri, nəsnələri təsvir edir. (Хокинг С.Краткая
история времени: От большого взрыва до черных дыр/Пер.с. англ.
Н.Самородинской. - СПб.: Амфора, 2008). Deməli, ən iri ölçülülərlə
ən kiçik ölçülülər arasında qarşılıqlı əlaqə və təsirin
müəyyənləşdirilməsi elm qarşısında həllini gözləyən ən vacib
məsələlərdəndir. Bu cür qlobal miqyaslı məsələlərin həlli isə
xüsusi nəzəriyyələr vasitəsilə reallaşa bilməz. Əgər hesab etsək
ki, Kainat müəyyən qanunlara tabe olaraq inkişaf edir, onda Kainat
haqqında bütün xüsusi nəzəriyyələri onu tam, bütöv təsvir edən
ümumi nəzəriyyə halında birləşdirmək zərurəti ortaya çıxmış olar
(Хокинг С.Краткая история времени: От большого взрыва до черных
дыр/Пер.с. англ. Н.Самородинской. - СПб.: Амфора, 2008).
Təbii ki, Kainatın ümumi mənzərəsini verən nəzəriyyələrin
yaradılması həmişəyaşar problem olaraq hələ də qalmaqdadır. Qeyd
etdiyimiz kimi, şumerlər Kainatın başlanğıc nöqtəsi olaraq
ucu-bucağı görünməyən okeanı və bu əsasda meydana gələn tanrıların
obrazı ilə verilən Göy, Atmosfer və Yerin əksikliklərinin vəhdəti
və mübarizəsini, başqa sözlə, Tanrıların "səma döyüşlərini"
götürmüşlər.
Biz bu bölümdə Kainatın modelinin qurulmasına qısa tarixi
ekskurslar etdik. Lakin Kainatın formalaşmasının ilkin çıxış
nöqtəsi haqqında məsələyə toxunmadıq. Burdan belə bir sual ortaya
çıxır ki, Kainat zamanın hansı anında və hansı müstəvidə meydana
gəlmişdir? Bu suala cavab axtarmaq üçün biz "Böyük partlayış" və
zaman münasibətinə geoxronologiyanın üfüqlərində cavablandırmağa
çalışdıq.
(Ardı var)