Şumer sivilizasiyası dünya
ictimaiyyətinə hələ də qaranlıq qalan və ən çox maraq doğuran
mövzulardan biridir. Dünya alimləri illərdir şumerlərin dünyanın
yaranması və inkişafı ilə bağlı fikirləri haqda müzakirələr
aparır.
Axar.az Avrasiya Universitetinin rektoru, professor Nazim
Hüseynlinin "E06000.002 - Şumerlər kainatın formalaşması haqqında"
əsərinin təqdimatına başlayır.
Göydə tanrıların döyüşü
Şumerlər kainatı göy-atmosfer-yer üçlüyünün sintetik vəhdətində
götürürdülər. Onlar "Dünyanın və insanların yaranışı" və digər
miflərində dünyanın yaranışını belə təsəvvür etmişlər. Dünyanın
yaranışına qədər insanların, heyvanların, bitkilərin olmaması,
ucu-bucağı görünməyən okeanı - Nammu ananı dünyanın başlanğıcı kimi
təsvir etmişlər. Nammu ana öz növbəsində Göy və Yeri həyata
gətirmişdir. Şumerlər müvafiq olaraq onları An və Ki kimi
adlandırmışlar. An və Kinin nikahından Enlil (atmosfer, külək,
hava) meydana gəlmiş və onlar bir-birindən əbədi ayrılmışdır.
Bununla yanaşı, An və Kinin birgə həyatından Anunnakilər
(An+Ki=Kainat) meydana gəlmiş, Göy və Yerin əlaqəsi qurulmuşdur. An
və Kinin bir-birindən ayrıldığı anı Kainatın formalaşmasının
başlanğıcı kimi qəbul etmişlər. (Редер Д.Г. Мифы и легенды древнего
двуречья. М.: Мысль, 1965. 119 с.)
Deməli, onların kosmoqoniyasında başlanğıc və sona inam var idi,
başlanğıc və son arasındakı zamanı göy saqilərinin sürəti ilə
müəyyənləşdirirdilər. Şumerlər Kainatın yaranışını "göydə
tanrıların döyüşü" ilə əlaqələndirmişdirlər. Yer kürəsi Günəş
sistemində təzə orbitlər sisteminə daxil olarkən onun özünə məxsus
ili, ayı, günü və gecəsi olmuşdur (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо,
2006.)
Göyün yerdən ayrıldığı an
Şumerlərin Günəş sistemi (Heliosentrik sistemi) Günəş, Ay və on
planetdən ibarət olmuşdur. Onlar bunu Nibiru adlandırmışlar. Nibiru
şumer dilində "Kəsişən göy" deməkdir (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо, 2006).
Şumerlərin "Enki və dünya nizamı" mifində göstərilir ki, şumerlərin
elm tanrısı Enki "göyün yerdən ayrıldığı" anı qış zamanının
başlanğıcı kimi qəbul etmişdir. Bir sıra gil lövhələrdə qeyd
olunduğu kimi, zamanın başlanğıcı bu ana qədər mövcud olmayan
hadisələrin sadalanması yolu ilə təsvir olunurdu. Hər şeydən əvvəl
tanrılardan heç biri yox idi, heç nə adlandırılmamış, talelər
müəyyənləşdirilməmişdi, Göy Yerdən ayrıldığı andan hər şey
başlanğıcını götürmüşdü (Ситчин Захария Армагедон откладывается. От
начало времени до судного дня. М: Эксмо, 2006.)
Şumerlərin min il əvvəlki tapıntısı
Şumerlərin "dünyanın yaranışı" haqqında mifində Günəş sisteminin
(heliosentrik sistemin) təsviri verilib. İlk dəfə Günəş (Utu) və
onun peyki Merkuri (Kişar) arasında əvvəlcə qədim Nibiru (Nammu)
planeti ilə, sonra isə 3 cüt planetlə birləşmişdir: Günəş və Nibiru
arasında Venera (Enanna) və Mars (Nergal), Nibiru arxasında Yupiter
(Enlil) və Saturn (Ninlil), Günəşdən daha uzaqda Uran (An) və
Neptun (Enki) təşəkkül tapmışdır. Axırıncı iki planet müvafiq
olaraq 1781-ci və 1846-ci ildə yeni dövr astronomlar tərəfindən
kəşf edilmişdir. Ancaq şumerlər bir neçə min il bundan əvvəl
onların ilk təsvirini tanrılar sistemində vermişdirlər. Bu sistemdə
tanrılar həm bir-birini cəlb, həm də rədd etmişlər. Sonralar
əksliklərin vəhdəti və mübarizəsi kimi elmə daxil edilmiş fəlsəfi
qanunun mahiyyətini ilk dəfə onlar açmışlar. Məsələn, Enlil və
Ninlil nisbəti Yupiter və Saturn, Enlil və Enki - Yupiter və
Neptun, həmçinin dağıtmaq və qurmaq münasibəti kimi təsvir
olunmuşdur. Bu o deməkdir ki, əksliklər bir-birini rədd etdikləri
qədər də bir-birini tələb edir. Əgər bu olmasaydı, şumerlərin Günəş
sistemi haqqında danışmaq mümkün olmazdı. Çünki hər bir sistem, o
cümlədən, Günəş sistemi onu təşkil edən ünsürlərin qarşılıqlı əlaqə
və təsirindən ibarətdir. Qeyri-stabil sistemin mərkəzində dayanan
Nammudan 11 peyk yaranmışdır.
Şumerlərin gündəlik həyatında və elmində on və on iki rəqəmi
(Günəş sisteminin on iki tərkib hissəsi) mühüm rol oynamışdır. O da
təsadüfi deyildir ki, onların riyaziyyatının əsasında on və
altmışlıq say sistemi durmuşdur. Onlar təqvim gününü, Günəşin
çıxmasından batmasına qədər olan müddəti on iki "qoşa saat"a
bölmüşdürlər.( Ситчин Захария Армагедон откладывается. От начало
времени до судного дня. М: Эксмо, 2006.)
Dünyanın ilk zəkalıları
Altmış rəqəminə əsaslanan say sistemində üstünlük ondan ibarət
olmuşdur ki, altmış rəqəmi on ikiyə qalıqsız bölünür. Bununla
yanaşı, bu sistemdə vurma əməliyyatı belə aparılırdı: əvvəlcə altı
ona vurulurdu: (6x10=60), sonra isə alınmış rəqəmi yenidən ona
vururdular: (60x 10= 600). Bu gün həndəsə və astronomiyada üç yüz
altmış rəqəmi dairənin daxilindəki bucaqların sayını göstərir:
bundan sonra yenidən üç yüz altmış rəqəmini ona vurmaqla
(360x10=3600) 3600 ədədini, yəni sar ("hökmdar, ağa") ədədini almış
olurdular. Deməli, sar və yaxud üç min altı yüz Yer ili dövrü
Nibirunun Günəş ətrafında dövr müddəti, Nibiru üçün isə bir ildir.
Şumerlər hesab edirdilər ki, Nibiruda zəkalı mövcudlar Yer
kürəsində mövcud olmuş homminitlərdən çox-çox min illər əvvəl
yaşamışlar. Şumer dilində onlar anunnakilər - "göydən yerə
gələnlər" adlanırdı.( Ситчин Захария Армагедон откладывается. От
начало времени до судного дня. М: Эксмо, 2006).
Şumerlərin qədim mətnlərində anunnakilərin Nibirudan Yerə
gəlməsi Yer ili ilə yox, öz planetlərinin dövr müddəti ilə
ölçülmüşdür. Deməli, sar tanrı zamanıdır. Şumerlər anunnakilərin
(an(göy)+ki(yer)=kainat) Yerdə ilk məskunlaşmalarını "Hökmdar
siyahılarında" təsvir etmişdirlər. Bu siyahıda anunnakilər Yer
üzərinə üç min altı yüz Yer ili müddətində "Ümumdünya tufanı"na
qədər gəlmişlər. Bu isə Nibiru planetinin Günəş sistemi ətrafında
yüz iyirmi dəfə fırlanması deməkdir; (120x3600=432 000) (Ситчин
Захария Армагедон откладывается. От начало времени до судного дня.
М: Эксмо, 2006.)
Buğalar şirə hücum edir və...
Onlar astronomiya ilə yanaşı, astrologiya ilə də məşğul olmuş,
Zodiak (planetlərin göydə hərəkət etdiyi dairə) konsepsiyasını
bəşəriyyətin tarixi inkişafında ilk dəfə yaratmış və altı min il
bundan əvvəl aşağıda adları qeyd olunan bürclərin öz dillərində
təsvirini vermişdilər: Quanna ("Səma buğası") - Buzov (Buğa);
Maş.tab.ba ("Ekizlər") - Ekizlər; Dub ("Kəlbətin, maşa") -Xərçəng;
Ur.qula ("Şir") - Şir; Ab.sin ("Onun atası sinder") - Qız
;Zi.ba.anna ("Göy talisi") - Tərəzi; Qir.tab ("İri dırnaqlı") -
Əqrəb; Pa.bil ("Müdafəci") -Oxatan; Suxur.maş ("Keçi-balıq,
Barabulka (dəniz balığı)") - Oğlaq, dağ keçisi; Qu ("Su ağası") -
Dolça; Sim.man ("balıqlar") - Balıqlar; Kumal ("Tarlada
məskunlaşan") - Qoyun (Qoç) (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо,
2006).
Şumerlər Zodiakal dövrlər haqqında, onların adları və simvolları
barəsində, həm də dövr prosesinin özü haqqında da biliyə malik
olmuşlar. Nippurun tarixi bizim eradan – Buğa erasından əvvəl
3800-ci ildən başlayır. Villi Xartner Şumer piktoqrammalarında
buğaların çoxsaylı təsvirlərini təhlil edərək, belə nəticəyə
gəlmişdir ki, buğalar şirə hücum edir, onu buynuzlayır (b.e.ə. IV
minilliyə aid təsvirlər ) və yaxud şir buğanı itələyir (b.e.ə III
minillik). Bu cür təsvirlərin özləri zodiak vaxtını göstərir. Günəş
Buğa bürcündə yerləşəndə gecə və gündüz bərabərləşir və həmin andan
yaz mövsümü, həmçinin yeni il təqvimi başlayır. Günəş Şir bürcü ilə
olduqda gündönümünün (göy ekvatorunun ən uzaq ekliptika nöqtəsindən
keçmiş vaxt; bu hadisə ildə iki dəfə olur; yayda iyunun 22-də,
qışda dekabrın 22-də) yay vaxtı başlayır. (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо,
2006.)
Marsla Yer kürəsi arasında əlaqə
Anunnakilərin tanrı vaxtı (Nibirunun 3600 Yer ilinə bərabər olan
orbit ili) və yer ili (Yerin günəş ətrafında fırlanma dövrü)
arasındakı əlaqə təsviri; göy zamanı (2160 il müddəti Zodiakın
birindən digərinə keçid prosesini müəyyənləşdirir) tarixə qədərki
zamanı müəyyənləşdirməyə xidmət edir. Annunakilərin astronavt,
həmçinin kosmik gəmi şəkilində təsviri, Marsla Yer arasındakı əlaqə
Balıq Erasına aiddir. Çünki bu təsvirdə Zodiak bürcü iki balıq
arasındakı əlaqəni göstərmişdir. (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо,
2006.)
Bu əsasda onlar özlərinin təqvimini yaratmışlar. Bəşəriyyətin
inkişafı prosesində zamanı ölçmək üçün təqvimin icad olunması mühüm
kəşflərdən biridir. Bir qrup etnoslar Ay təqvimindən, başqa qrup
isə Günəş təqvimindən istifadə etmişdir. Eyni zamanda, beş min il
bundan əvvəl şumerlərin dini mərkəzi olan Nippurda da təqvim icad
olunmuşdur. (Ситчин Захария Армагедон откладывается. От начало
времени до судного дня. М: Эксмо, 2006.)
Şumerlərin qəribə təqvimi
Şumerlərin təqvimində Günəşin görünən hərəkəti şimaldan cənuba
doğru bir-birinə əks qütblərin, yəni yay və qışın olduğunu
göstərir. Onların təqvimində payız və yaz keçici mövsümlər kimi
göstərilmişdir. Bu mövsümlər Günəşin Yer ekvatoru ilə kəsişdiyi
vaxt, yəni günün davamı, gecənin davamı ilə eyni olmuşdur. Şumerlər
yeni ili birinci ayın birinci günü hesab edirlər və bunu Nisannu
adlandırmışlar. Onu da qeyd edək ki, Şumerlər gecə və gündüzün
bərabərləşdiyi anı yeni ilin başlandığı gün kimi qəbul etmişlər.
Müasir türk təqvimində "nisan" sözü aprel ayını işarə etməsi və
20-21aprel tarixinin yeni ilin başlanğıc günü kimi qeyd olunması
təsadüfi xarakter daşımır.
Şumerlər Günəş ilini dörd hissəyə ayırmışdılar, bunun ikisi
Günəşin vəziyyətinə və ikisi də günün bərabərliyinə əsaslanırdı.
Şumerlər buna əsaslanaraq qədim Nippur şəhərində Ay-Günəş təqvimini
icad etmişdilər. (Ситчин Захария Армагедон откладывается. От начало
времени до судного дня. М: Эксмо, 2006.)
Müasir astronomlar və müasir dəqiq elm nümayəndələri bir çox
şeydə şumerlərin ixtiralarına əsaslanırlar. Təqvimin
tarixi-astronomiya və riyaziyyatın dahiyanə birləşdirilməsi
tarixidir. Lokeranın fikrincə, birinci təqvim gecə və gündüzün
bərabərləşməsi gününə düşür. (Ситчин Захария Армагедон
откладывается. От начало времени до судного дня. М: Эксмо,
2006.)
Zaman – atdır, sən isə atlı qoruqçusan: küləyə doğru hünərlə
çap. (Abu Abdallah Cəfər)
Zaman – sirləri açır, eyni zamanda aşkarları
gizlədir.(Sofokl)
(Ardı var)