Yuxarı

Gürcüstandan tarixi razılaşma ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb.

Axar.az xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib.

“Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir”, - bəyanatda vurğulanıb.

Həmçinin ABŞ-ın və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib:

“Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək”.

Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.

Tarix
2025.08.09 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi: Daim dəstəkləyirik!

Kiprdən tarixi sülh razılaşmasına reaksiya

İrandan şok: Zəngəzurun açılmasına mane olacağıq...

Normallaşma prosesində Ərdoğanın rolu... - Əliyev

İlham Əliyev Ərdoğana zəng etdi: Tarixi sülh razılaşması...

Tarixi sülh razılaşması Rumıniya mediasında - Foto

Fidandan Zəngəzur açıqlaması: Tezliklə reallaşacaq!

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Kobaxidzedən Vaşinqton görüşünə - Reaksiya

AŞPA sədrindən sülh razılaşması barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla